PALATADA YENİ SÖZ SAHİBİ: “Aslanlı etimadı doğrultmadı…” – Yeni icraçı direktor kimin kadrıdır?

Dərc olunub: 02/02/2018 - 16:57

palata-1-1517569085

Prezident İlham Əliyevin bir müddət öncəki sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquq şəxsə çevrilib. Ölkə başçısının sərəncamına uyğun olaraq, İbrahim Alışov Palatanın icraçı direktoru vəzifəsinə təyin olunub.

Hökumətdəki mənbənin Modern.az-a verdiyi məlumata görə, ölkə başçısının bu sərəncamı ilə Palatanın sədri Rüfət Aslanlı faktiki olaraq vəzifədən kənarda qalıb: “Çünki bu sərəncamla əsas söz sahibi İbrahim Alışovdur. Hazırda Rüfət Aslanlı faktiki olaraq oradadır. Nə vaxta qədər “sədrlik” edəcək, deyə bilmərəm. İbrahim Alışov kifayət qədər təcrübəli kadrdır, onun banklarla bağlı start verdiyi işlər yüksək səviyyədədir”.

Mənbə qeyd edir ki, Rüfət Aslanlı Palataya təyinat alanda ona çox böyük ümidlər olub. Amma cənab Aslanlı etimadı doğrulda bilməyib…

cdbİbrahim Alışov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ. Alışov, sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edib.

“AzPolitika.info”nun məlumatına görə, “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi  Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biri olub. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək “Kövsər Bank” ASC kimi fəaliyyət göstərməyə başlayıb. Onun sahibi kimi isə millət vəkili Eldar İbrahimovun qardaşı Hidayət İbrahimov  çıxış edirdi.

1HIDAYET-215x300-215x300Ancaq 2014-cü il dekabrın 25-də Bakı Fond Birjasında deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasını Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin aldığı bildirildii. Bundan sonra bankın adı yenidən dəyişdirildi. 26 yanvar 2015-ci il tarixdə banka “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınıb.

2017-ci ilin aprelində isə “Caspian Development (CDB) Bank” ASC-nin “AtaBank”la birləşdirilməsi qərara alındı. Səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, CDB Bankın yenidən təşkil şəklində ləğv edilərək “AtaBank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edildi.

1se

Qeyd edək ki, həm “Synergy Group” ASC, həm də “AtaBank” ASC eyni şəxsə və ya çevrəyə məxsus olduğundan, bu birləşmə o qədər də təəccüblü olmadı. Belə ki, rəsmi olaraq “Synergy Group” ASC-nin səhmlərinin 99%-nin Əşrəf Kamilov adlı birinə məxsus olduğu məlumdur.

Maraqlıdır ki, Əşrəf Kamilovun həm də “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)” 0,1% səhminə sahib olduğuna dair məlumatlar var. Daha maraqlı məqam isə odur ki, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2012-ci il üçün auditor hesabatında qeyd olunub ki, faktiki olaraq bu şirkəti Əşrəf Kamilov idarə edir. Məhz qeyd olunanlara əsasən ehtimal etmək olar ki, “Synergy Group” ASC ilə “AtaBank”ın, “Akkord”un sahibi eyni şəxs və ya eyni çevrədir. 

Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group” ASC-nin rəsmi saytında səhmdarların adları açıqlanmayıb. Ancaq “Synergy Group” ASC-nin faktiki sahibi ilə ən azı “AtaBank”ın sahibinin eyni adam olduğunu düşünməyə əsas verən çoxlu məqamlar var.

Qey21d edək ki, həm “AtaBank”ın da daxil olduğu “ATA HOLDİNQ”in yaradıcısi kimi, həm də “Synergy Group” ASC-nin sahibi kimi sabiq vergilər naziri Fazil Məmmədovun adı çəkilir. “Synergy Group” ASC-nin tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlərin vaxtilə Fazil Məmmədovun kurasiyasında olan Şəmkirdə yerləşməsi,  sabiq nazirin qızının “Synergy Group” ASC-nin rəhbərliyində təmsil olunması da bu Səhmdar Cəmiyyətin vergilər nazirinə məxsus olduğunu söyləməyə əsas verir.

Bu baxımdan “Kövsər Bank” sabiq nazirə məxsus  “Synergy Group” ASC tərəfindən alındıqdan və adı dəyişdirilərək “Caspian Development  Bank” ASC- yə çevrildikdən sonra onun Müşahidə Şurasının sədri vəzifəsinə İbrahim Alışovun gətirilməsi diqqəti çəkən faktdır. Bu İbrahim Alışovun ya şəxsən Fazil Məmmədova, ya da  onun neçə illər ərzində yer aldığı hakimiyyətdaxili qruplaşmaya yaxın şəxs olduğunu göstərir. 

Murad Məmmədov
AzPolitika.info.

 


loading...




Fikrinizi bildirin