Avropa İttifaqında qış və yay vaxtına keçid ləğv edilə bilər

Avropa Parlamenti Avropa Komissiyasını qış və yay vaxtına keçidin ləğvi ilə bağlı təklif irəli sürməyə çağırır.

"Report" UNİAN-a istinadən xəbər verir ki, müvafiq qətnamə fevralın 8-də Strasburqdakı plenar sessiya çərçivəsində səsverməyə qoyulacaq.

Qətnamə layihəsi Avropa Parlamentinin Nəqliyyat Komitəsi tərəfindən hazırlanıb. Bu, vətəndaşların ildə iki dəfə vaxtın dəyişməsi nəticəsində sağlamlıq vəziyyətləri ilə bağlı narahatlıqlarını ifadə etdikləri təşəbbüslərinə və ərizələrinə reaksiya olub. Buna görə də qətnamə layihəsində keçidin ləğv edilməsinə çağırış yer alıb.

Qeyd edək ki, tarixdə ilk dəfə yay və qış vaxtına keçid 1908-ci ildə Böyük Britaniyada həyata keçirilib. Bu, elektrik enerjisinə qənaət məqsədilə atılmış addım olub. İndi isə qış və yay vaxtına keçid dünyanın 100-dən çox ölkəsində mövcuddur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar