"Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır" - Yusuf Məmmədəliyev

"Hər bir gənc bilməlidir ki, onun bacarıq və istedadı, həyata keçirdiyi fəaliyyət qiymətləndirilir və heç vaxt diqqətdən kənarda qalmır".

APA-nın xəbərinə görə, bunu 2 Fevral - Gənclər günü ilə bağlı keçirilən tədbirdə Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib. O bildirib ki, Azərbaycan gəncliyinin istedadlı və bacarıqlı olması faktdır: "Gənclərimiz həm ölkə daxilində, həm ölkə xaricində mühüm nailiyyətlər əldə edir. Bununla da ölkəmizdə qlobal səviyyədə rəqabətə davamlı kadrların sayı hər gün artır".

Şöbə müdiri qeyd edib ki, gənclərin potensialının artırılması, onların daha da təkmilləşməsi prosesində motivasiya çox önəmlidir: "Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər bir Azərbaycan gəncinin qayğısına qalır, onların fəaliyyətini yaxından izləyir. Ölkə rəhbərliyinin həyata keçirdiyi qara qızılın insan kapitalına istiqamətləndirilməsi strategiyasına əsaslanan gənclər siyasəti nəticəsində gənclərin elmi, mədəni, ictimai sahələrdə fəallığı təşviq edilir. Düşünürəm ki, gənclərimiz daha aktiv olmalı, ölkəmizin inkişafı üçün bütün sahələrdə önəmli rol oynamalıdır.

Bu gün dövlət başçısının apardığı uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi müasir, tolerant, savadlı, bacarıqlı və innovativdir. Şübhəsiz ki, bu uğur haqqında bütün dünya bilməlidir. Hər bir gənc ölkəmizin tarixi mədəni dəyərlərini yaşatmalı və layiqli vətəndaş olaraq vətəninə xidmət etməlidir. Müsəlman Şərqində ilk respublikanın qurulmasının 100 illiyini qeyd etdiyimiz bir dövrdə gələcək nəsillərin də bizim dövrümüzdə yaradılan dəyərlərlə maddi və mənəvi nailiyyətlərlə qürur duyması üçün çalışmalıyıq. Azərbaycan öz tarixinin ən güclü, dinamik inkişaf dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, hər biri dövrümüzün bir qəhrəmanına çevrilərək, gələcək üçün qurub yaratmalıdır".

635x100

Şərhlər

Murad 2018-02-02 21:10:32

Yusuf Məmmədəliyev, sene MESLEHET : MUNTEZEM - HER GUN, DIQQETLE OXU azpolitika.info saytinda yazilmish oxucularin Şərhlerini, sene ASHKAR OLAR - Azerbaycan XALQININ ACINACAQLI - CHETIN MADDI VEZIYYETDE YASHAMASININ SEBEBLERI... Sen HECH VAXT YALAN DANISHMA !!!

Bashirov Qarib 2018-02-02 21:10:32

Bank sektoru 11% tekce son ilde kichilib. Dovlet budcesi son 3 ilde 25mld dollardan 12mild dollara enib, umum daxili mehsul ise, 66mild dollardan 39 mild dollara enib. Bu reqemler hokumetin elan etdiyi reqemlerdir.

Cavidan 2018-02-02 21:10:32

Amma bu inkişafın nədən ibarət olduğu görünmür.Millət yenə işsiz,yarı ac,zillət içində,pensiya və müavinətlər deyiləsi deyil,bütün sənaye malları,ərzaq və hətta meyvələr xaricdən gətirilir,10 milyonluq əhalinin 15-20 minin işləyə biləcəyi istehsal sahələri yaradılmayıb,təhsil,səhiyyə bərbad , intiharlar getdikcə artır. Budurmu inkişaf?

Son yazılar