Naxçıvan "Gənclər paytaxtı" elan edilib

Naxçıvan Muxtar Respublikası 2018-ci ildə Azərbaycanın "Gənclər paytaxtı" elan edilib.

"Report"un xəbərinə görə, bu barədə 2 fevral - Gənclər günü ilə bağlı "Buta Palace" sarayında keçirilən tədbirdə elan edilib.

Naxçıvan MR onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.

"Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.

635x100

Şərhlər

yusif 2018-02-02 21:36:13

orada gənc qalıbki? hamısı çörək dalınca didərgin düşüblər ev-eşiklərindən...

Son yazılar