Azərbaycanın bank sektoru ötən il 11%-dən çox kiçilib

Azərbaycan bank sektorunun cəmi aktivləri bu il yanvarın 1-nə 27 921 mln. manat təşkil edib.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,2% azdır.

Bankların aktivlərinin 35,3%-ni və yaxud 9 861,1 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 30,8% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 18% azalaraq, 24 211,8 mln. manata düşüb, o cümlədən depozit portfeli 2,95% artaraq, 16 894,9 mln. manata çatıb. Bunun 7 542,5 mln. manatı fiziki şəxslərin, 9 352,4 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. 2017-ci ildə əhalinin əmanətləri 1,5%, şirkətlərin vəsaitləri isə 4,2% artıb.

Ötən il bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 70,1% azalaraq 507,6 mln. manata düşüb.

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 94,3% artaraq 3 709,2 mln. manata çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar