Şəmkirdə VAZ-2106 aşıb, 4 nəfər xəsarət alıb

Qezada-sinmish-padpres-180912Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonda “Kraz yolu” adlanan yolunda baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 3 nəfərə yardım göstərilib və onların vəziyyəti normal olduğu üçün evə buraxılıblar.

Bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar