“Ötən il banklar kreditləşməni 5 mlrd. manatadək azaldıb” – MBNP

Dərc olunub: 02/02/2018 - 23:35

manat-3Bankların müştərilərə verdiyi kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalıb.

“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, ötən ilin dekabr ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 11 mlrd. 337,6 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 442,6 mln. manat və ya 3,76% azalma deməkdir.

Ümumiyyətlə 1 il ərzində banklar kreditləşməni 4 mlrd. 600,7 mln. manat və ya 28,87% azaldıb.

Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 mlrd. 476,5 mln. manat məqsədli ehtiyat ayırıb. Bu, ötən ilin noyabr ayındakı göstəricidən 160,2 mln. manat və ya 9,79% azdır.


loading...




Fikrinizi bildirin