İsrail ordusu 40-dan çox fələstinliyə xəsarət yetirib

Qezza-bombardmanBu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri 40-dan çox sivil fələstinliyə xəsarət yetirib. RİA “Novosti” xəbəır verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib.

Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki, Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar