Şəkidə də "karusel əməliyyatları" başlayıb

Seçkilərin başladığı bir neçə saat olmasına baxmayaraq, paytaxtla yanaşı bölgələrdə saxtakarlıqlar edilir. Bu barədə Şəkiyə ezam olunmuş reportyorumuz xəbər verir.

Əməkdaşımızın versiyi məlumata görə, burada artıq karusel əməliyyatı başlayıb. Tədris müəssisələri, idarə və təşkilatlarda seçkilər mərkəzləşdirilmiş qaydada keçirilir. İşçilərə əvvəlcədən məlumat verilib ki, onlar idarə təhsil ocaqlarına gəlib toplu halda seçki məntəqələrinə getsinlər. Səhiyyə işçilərinin hamısı yaşadıqları yerdən asılı olmayaraq, 8 saylı tibb texnikumunda yerləşən məntəqədə səs verir. O cümlədən tələbələrdə. Həmin məntəqədə aşkarlanıb ki, bülletenlər direktorun otağında saxlanılır. Halbuki, bülleten direktorun otağında yox, müşahidəçilərin, komissiya üzvlərinin olduğu otaqda olmalıdır.

Əməkdaşımızın məlumatı: "Şəki şəhər 8 saylı orta məktəbdə karusel əməliyyatı başlayıb. Bu gün qeyri-iş günü olmasına baxmayaraq, müəllimlərin hamısı müəllimlər otağında yığışıb. Səhər saat 8:25, 8:40 arası 6 nəfərin barmağına boya vurulmadı və onlar səsvermə otağına girdi. Kəndlərdən də tələbələr gətirildi. Onların bəziləri səs verdi, bəziləri isə geri qaytarıldı. Bu məntəqədə 4 nəfər seçicilərin barmağını boyamalıdır. Ancaq onlardan biri seçicilərn barmağına boya vurmadan səsverməyə buraxır".(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar