XANIM GENERAL NECƏ ƏLƏ KEÇİB?  -  4 telefon nömrəsinin güdazına gedib

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Fevralın 1-də baş tutan prosesdə təqsirləndirilən Natəvan Mirvətova ifadə verib.

MTN-in Əməliyyat-texniki İdarəsinin rəisi olan general xanım özünü təqsirli bilməyib, vəzifəsini düzgün icra etdiyini deyib. N.Mirvətova məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib. “Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumatda deyilir ki, N.Mürvətovanın ittiham edildiyi epizodlarda qanunsuz dinləndiyi qeyd olunan telefon nömrələri faktiki işləməyib. Qanuna görə dinlənilmə nazir və onun müavini - yəni Eldar Mahmudov və Hilal Əsədovun üzərinə dərkənar yazdıqları raportlara əsasən aparılıb.

MTN-dəki məlum həbslər zamanı sənədlər götürülüb və araşdırmalar zamanı bəlli olub ki, 4 telefon nömrəsi üzrə müvafiq raportlar olmayıb. Sonradan bu nömrələrin dinlənilməyə hansı əsasla qəbul edilməsi araşdırlarkən idarə rəisi Natəvan Mürvətova izahat verib və bildirib ki, həmin nömrələr dinlənilməyə təqdim edilərkən işləmədiyindən, səhv olduğundan dinlənilmə icra olunmayıb. Buna görə də onu müvafiq rəsmiləşdirilmə aparılmayıb. Bununla belə N.Mürvətovaya ittiham elan edilib.

Yada salaq ki, N.Mürvətovanın istintaqa cəlb olunduğu haqda mətbuatda yazılar dərc olunandan sonra sabiq MTN əməkdaşı Ərəstun Oruclu özünün facebook divarında Azərbaycanın yeganə qadın generalı haqda fikirlərini bölüşmüşdü.

Natəvan Mirvətova ile ilgili görsel sonucu

“Bəlkə də təəccüblü gələcək sizə, amma etiraf edim ki, bu, tutulanların arasında bircə nəfərə görə həqiqətən çox təəssüflənirəm. Mediada soyadı müxtəlif cür hallandırılan general-mayor Natəvan Mirvətovanı yaxşı tanıyırdım. Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi. Amma çox təəssüf ki, Natavan xanımın işi ”çirkli" iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi. O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu. Əminəm ki, Natavan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi.  Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın" - deyə Ə.Oruclu qeyd etmişdi.

635x100

Şərhlər

seymur 2018-02-03 10:17:41

sahiyya nazirin musvini Niqar Aliyevadan sorushun Natavan xanimi

aysberq 2018-02-03 10:17:41

General .... və digərləri burunları girməyən yerlərə başlarına soxmaq istəyiblər və nəticədə də Qobu ailəvi istirahət mərkəzində zaqarat edirlər! Onlar özlərini Mahmudcana bənzətməyə çalışıblar, lakin nəticədə əyləncə mərkəzinə düşüblər! Onlar bilməyiblər ki, Mahmudcanın əlində böyük kompromatlar var və o, heç vaxtı ailəvi istirahət mərkəzinə getməyəcək. Yerdə qalan qanunsuzluq etmiş bütün KQB-eşniklər (tutulmuşlar) müəyyən vaxtdan sonra .......

Səbuhi 2018-02-03 10:17:41

Şərh yazan şəxslərin fikirlərinə hörmətlə yanaşıram. Qeyd etmək istəyirəm ki MTN Eldar mahmudov tərəfindən yaradılmayıb . Mahmudov sadəcə olaraq 11 il rəhbərlik edib. Orada xidmət edən əsl kəşfiyyatçılar və əks kəşfiyyatçılar Mahmudova tabe olublar. Axı əməkdaş məcburdur rəhbərliyin tapşırığını icra etsin. Gəlin bu orqanın əməkdaşlarını ləkələməyək . Axı bu qurumun HEYDƏR ƏLİYEV KİMİ RƏHBƏRI OLUB.

Tofiq 2018-02-03 10:17:41

Ərəstün Oruclu ! Amerikada oturub vətən və vətəndəkilər haqqda fikir söyləmək çox asandır.Lazımdir vətənə qayıdib çalışmaq.İndi ki səni incidən,təqib edən Mahmudovçular yoxdur. Sən özün də elə onların tayısan.Görünür..

Səbuhiyə Tofiqdən 2018-02-03 10:17:41

Bəli! Bizim ulu öndərimiz HEYDƏR ƏLİYEV bu qurumun rəhbəri olub.O vaxtlat xalq bilmirdi ki,bu idarə harda yerləşir,nə işlə məşğuldur.Təkcə onu bilirdik ki,dövlətimizin təhlükəsizliyini bu qurum qoruyur.Xalq özünü xöşbəxt hiss edirdi. Eldarlar,Ərəstünlər. Elçinlər,İlqarlar və sair başqaları bu qurumu nə günə qoydular. Orda nə işlər gürülüb hamını xalq bilir.Əslində bilməməlidir.Bilinməyənləri də Ərəstün Oruclu Amerikadan açıb tökür.Biz 60-ci illərin tələbələri bu qurumu çox məxvi bir qurum kimi tanımışıq.

ali 2018-02-03 10:17:41

o isde ki, rusvet...haram var onun cezasi labuddur...

Bilmondo 2018-02-03 10:17:41

...... Z.Orucu general Natəvan xanımın xarici əlaqələrindən nə deyə bilər? Ə.Oruclu adi telefonçu işinə hansı təhlükəsinə görə GENERAL rütbəsi verilməsini necə əsaslandıra bilər? Əgər, o, anti-Azərbaycan terrorçular-S.Sərkisyan, R.Koçaryan, B.Saakyan və ya Z.Balayanın qlobal danışıqlarını izləsəydi, general adı halaldı. Yoxsa, onlara işləmə ehtimallı Azərbaycan generalı?

Bilmondoya 2018-02-03 10:17:41

Cox haqlisiz basqa serhe ehtiyac yoxdu

Səbuhiyə 2018-02-03 10:17:41

Bəli, o zaman Novruz məsələsini bağladılar!

Rəvan 2018-02-03 10:17:41

Burda mülki şəxslərin hərbçilər barədə, xüsusən də xüsusi xidmət zabitləri barədə hədyan yazmasına ehtiyac yoxdur... Ən nizam intizamlı orqanın əməkdaşlarına niyə bu əmri icra etmisən demək sadəlöhvlükdü...Natəvan xanımın isə bilik bacarıq və təcrübəsindən gərək istifadə olunardı, nəinki cinayət təqibi...

Son yazılar