Terrorçuların qənimi döyüşə girir - Türkiyədən təcili qərar

Suriyanın Afrin bölgəsində PYD/PKK terrorçularını 4 tərəfdən mühasirəyə alan və mühasirə halqasını getdikcə daraldan Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu çətin şəhər döyüşünə hazırlaşır.Publika.az xəbər verir ki, təhlükəsizlik toplantılarında hazırlanan plana görə, şəhər döyüşlərində Müharibə Axtarış Qurtarma (MAK) ilə minalar və əl istehsalı partlayıcı qurğuların aşkarlanması və məhv edilməsi üzrə birliklərdən (METİ) istifadə ediləcək.

MAK və METİ ölkənin cənubi-şərqində, xüsusilə Diyarbəkr vilayətinin Sur mahalında anti-terror əməliyyatlarında böyük nailiyyətlər qazanan birliklərdir.

Daha əvvəl yayılan xəbərdə bildirilirdi ki, Afrinin mərkəzinin terrorçulardan təmizlənməsində Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birlikləri iştirak edəcək. Bu birliklərin də Anadolunun şərqi və cənubi-şərqində xəndək əməliyyatlarında böyük müvəffəqiyyət qazandığı bildirilir.

Lakin Ankaradakı əməliyyat mərkəzində məsləhətləşmələrdən sonra daxili təhlükəsizlik əməliyyatlarına qatılan Jandarma Xüsusi Hərəkat və Polis Xüsusi Hərəkat birliklərindən Afrində istifadə olunmaması qərarlaşdırılıb. Beynəlxalq arenada səslənəcək tənqidləri nəzərə alan Ankara Türkiyə Silahlı Qüvvələrinin xarici əməliyyat üzrə birliklərindən istifadə edilməsinə qərar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar