ABŞ uzun zamandır bu yanlışı edir - Türk səfir

PKK əvvəllər Şimali İraqı Türkiyəyə hücumlar üçün istifadə edirdi, indi belə bir şeyi Suriyanın şimalında tətbiq etmək istəyirlər.Axar.az xəbər verir ki, bunu PBS televiziyasına müsahibəsində Türkiyənin ABŞ-dakı səfiri Sərdar Qılınc söyləyib.

“Suriya rejimi 2012-ci ildə savaşmadan bu bölgəni YPG/PYD terror təşkilatına verdi. Bu terror təşkilatları o zamandan bu yana bölgənin nəzarətini əllərində saxlayırlar. Demoqrafik dəyişiklik həyata keçirdilər. Sünni ərəbləri, türkmanları və PYD ideologiyasına qarşı çıxan hər kəsi buradan sürgün etdilər. Buradan Türkiyəyə hücumlar etdilər. Təkcə keçən il 700 hücum həyata keçirdilər. İraqın şimalında 30 il ərzində qarşı-qarşıya qaldığımız vəziyyəti indi Suriyanın şimalında gördük. Afrində əməliyyat aparmaq buna görə bizə məcbur idi.

YPG PKK-nın qoludur. ABŞ-dakı rəsmilər belə bunu qəbul ediblər. YPG-nin bütün komandirləri İraqdakı Qəndil dağından buraya göndəriliblər. 2016-cı ildə bu iki qrup arasında əlaqəni ABŞ Müdafiə naziri Eşton Karter də təsdiqləmişdi.

Bir terror təşkilatıyla başqa bir terror təşkilatını istifadə edərək mübarizə aparmaq olmaz. ABŞ uzun zamandır Suriyada bu yanlışı həyata keçirir. Rakkanın İŞİD-dən azad edildiyini deyirlər. Bu, sadəcə, şəhərin bir terror təşkilatından başqasına keçməsidir. Bu gün YPG-nin Rakkada apardığı etnik təmizləməyə, uşaqları hərbiyə cəlb etməyinə baxın. Onlar ABŞ-ın öhdəlik götürdüyü hər şeyə qarşı çıxırlar, lakin ABŞ yenə onlarla çalışmaq istəyir”, – deyə o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar