«Türkiyə ordusu yaxın gunlərdə Afrinə hücum edəcək» - Ərdoğan

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan şənbə günü Bitlisdəki çıxışı zamanı bəyan edib ki, yaxın zamanda Türkiyə ordusu Suriyanın şimalındakı Afrin şəhərinə hücum edəcək.

«Afrin dağları bizim əsgərlər trəfindən addım-addım terrorçulardan təmizlənir. Ordu Afrin şəhəri istiqamətində irəliləyir, az qalıb» - deyə, «Anadolu» agentliyi Prezidentdən sitat gətirir.

Xəbər verildiyi kimi, Türkiyə silahlı qüvvələri Baş qərargahı yanvarın 20-də «Xalq özünümüdafiə Qüvvələri»nə və «Demokratik İttifaq» birləşmələrinə qarşı Afrin rayonunda «Zeytun budağı» əməliyyatına başlandığını elan edib. Ankara bu təşkilatları terrrçu hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar