"Dünya müharibələrinin baş verməməsi ABŞ-ın xidmətidir" - Pentaqon

"ABŞ-ın xidmətləri sayəsində uzun müddətdir dünyada genişmiqyaslı hərbi münaqişələr baş vermir".

"Report" "Gazeta.Ru"ya istinadən xəbər verir ki, bu Pentaqon tərəfindən dərc olunmuş nüvə doktrinasında qeyd olunub.

"XX əsrin birinci yarısında - Amerika hökuməti tərəfindən nüvə doktrinasının tətbiq edilməsinə qədər Birinci və İkinci dünya müharibələri baş verdi və nəticədə bütün dünyada, orta hesabla, hər gün 30 min insan ölüb, ümumi qurbanların sayı isə 80-100 milyon arası olub", - mətndə deyilir.

Doktrinada qeyd olunub ki, ABŞ nüvə və qeyri-nüvə təcavüzünün qarşısının alınmasına böyük töhfələr verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar