Sosisi niyə qaynatmaq olmaz? - Səhv edirik

Əslində sosisləri qaynatmaq olmaz.

Yəqin ki, siz də sosiskanı qaynadır və "2-5 dəqiqə qaynasın, bir az da şişsin, dadlı olsun" düşüncəsiylə hazırlayıb sonra yeyirsiz. Amma bu, yanlışdır! Sosiskalar bişmiş olduğu üçün onları qaynatmağa heç gərək yoxdur!

Sosiskanı soyuq halda yemək istəmirsizsə, o zaman qaynar suda sadəcə isitmək (!) və ya mikrodalğalı sobada 30 saniyə saxlamaq olar. Yəni, bu ət məhsulu qaynadılmır, sadəcə isidilir. Qaynadıldığı halda dadı-tamı itir, ədviyyatları suya çıxır.

Bəziləri isə sosiskaların "plyonkası"nı soyub qaynadır ki, bu da doğru deyil, onlar qida pərdəsi ilə qaynar suya salınmalı, sonra soyulmalıdır, belə olan halda ətin dadı da özündə qalır.(sufrem.az)

635x100

Şərhlər

Azad 2018-02-03 22:45:18

Əgər tərkibində ət varsa...

Son yazılar