Pakistanda hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb 

Pakistanın şimalında yerləşən Svat dairəsində terrorçu-kamikadzenin hərbi hissəyə hücum etməsi nəticəsində azı 11 nəfər ölüb, daha 13 hərbçi yaralanıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə yerli ordunun mətbuat xidmətinə istinadən Geo TV telekanalı məlumat yayıb.

Üç hərbçi hadisə yerində ölüb, 7-si sonradan aldığı yaralardan keçinib. Daha bir hərbçinin hansı şəraitdə öldüyü açıqlanmır.

Hücum edən şəxs hissəsinin idman meydançasında partlayış törədib. Hadisə ilə bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar