«ABŞ əsgəri Türkiyə ordusunun hədəfi ola bilər, əgər...» - Bəkir Bozdağ

Bekir_Bozdag_090312«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbrə görə, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib ki, kürd «Xalq özünümüdafiə qüvvələri» (XÖQ) dəstələrinin uniformasını geyinmiş Amerika Birləşmiş Ştatlarının əsgərləri Türkiyə silahlı qüvvələrinin (SQ) hədəfi ola bilərlər. Onun sözlərini «CNN Türk» telekanalı yayımlayıb.

«Əgər bu qüvvələr (kürdlər - red.) Mənbicdən getməsələr, biz bu şəhərə də girəcəyik, həm də Ərəfatın şərqinə də gedəcəyik. XÖQ uniforması geyinmiş ABŞ əsgəri də hədəfimiz olacaq» - deyə, Bekir Bozdağ bəyan edib.

Onun sözlərinə görə, «Zeytun budağı» əməliyyatının 16-cı günü Suriyanın Afrin rayonunda Türkiyə silahlı qüvvələri 932 terrorçunu zərərsizləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar