Moskvada təhlükəli vəziyyət yarandı

Rusiya paytaxtının meri Sergey Sobyanin “Twitter” səhifəsində Moskvada güclü qar və küləyin bir nəfərin həlak olması ilə nəticələndiyini yazıb.Moskva ətrafında ağacın aşması bir nəfərin həyatına son qoyub. Kəskin hava şəraiti nəticəsində daha 5 nəfər xəsarət alıb. Moskva meri küçədə ağacların və elektrik xətlərinin altından keçməməyi məsləhət görüb.

AzərTAc xəbər verir ki, hazırda Moskvada qasırğa xəbərdarlığı elan olunub, qarın güclənəcəyi, küləyin sürətinin saniyədə 15-20 metrə çatacağı gözlənilir.

Virtualaz.org-un əldə etdiyi son məlumata görə, Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar