İspaniya sahillərində gəmi qəzaya uğrayıb, onlarla miqrant ölüb

İspaniyanın muxtar Melilya şəhərinin sahillərindən bir neçə kilometr məsafədə baş vermiş gəmi qəzası nəticəsində 21 miqrant həlak olub."Report" xəbər verir ki, bu barədə TASS agentliyi "El Pais" qəzetinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, onların cəsədləri Mərakeşlə sərhəddə, Aralıq dənizində aşkarlanıb. Qaçqınlara yardım edən ictimai "Caminando Fronteras" təşkilatının fəalı Yelena Malena "Twitter"də yazıb ki, qəzaya uğramış gəmidə 47 miqrant olub. Onun sözlərinə görə, hələlik 21 nəfərin cəsədi tapılıb.

Beynəlxalq Miqrasiya Təşkilatı daha əvvəl 2017-ci ildə Avropaya Aralıq dənizi vasitəsilə gələn qaçqınların və miqrantların sayının 171 min nəfəri ötdüyünü xəbər verib. Onların 3 min nəfəri yollarda həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar