Kiyev-Tbilisi təyyarəsi qəza enişi edib

Dərc olunub: 04/02/2018 - 23:01

teyyare-samalyot-aeraport-teyyare“Ukrayna Hava Yolları” aviaşirkətinin Kiyev-Tbilisi reysini yerinə yetirən təyyarəsi Tbilisi beynəlxalq hava limanında qəza enişi edib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna səbəb təyyarənin əyləc sistemində yaranmış texniki problem olub.

Təyyarə Tbilisi ətrafında 3 dəfə dairə vurub və 35 dəqiqə gecikmə ilə yüksək sürətlə hava limanına enə bilib. Hadisə yerinə xilasetmə xidməti cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Texniki yoxlamadan sonra təyyarənin Tbilisi-Kiyev reysini yerinə yetirib yetirməyəcəyi məlum olacaq.








loading...


Fikrinizi bildirin