VERGİ SİYASƏTİNDƏ BÖYÜK DƏYİŞİKLİKLƏR OLACAQ - Gələn həftə açıqlanacaq

Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparıllacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən daxil olmuş məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.

Qeyd edək ki, "AzPolitika.info" hələ bir müddət əvvəl Vergilər Nazirliyinin fəaliyyətində və kadr heyətində ciddi dəyişikliklər olacağı haqda məlumat vermişdı. “AzPolitika.info”nu məlumatlandıran mənbə bildirmişdi ki, hazırda vergi əməkdaşlarının sahibkarlarla şəffaf münasibətlər qurmasını təmin edən mexanizmlərin yaradılması üzərinə iş gedir. Bununla bağlı həm Avropa ölkələrinin, həm də qonşu Gürcüstanın təcrübəsi öyrənilir.

Nazirliyin məlumatı bu istiqamətdə ilkin işlərin tamamlanmaq üzrə olduğunu, gələn həftə elan ediləcəyi gözlənilir.

"AzPolitika.info"

 

635x100

Şərhlər

Hacı Nuhun şərhinə cavab 2018-02-05 11:10:05

Səhmdar Cəmiyyəllər payçı müəssisədir.Belə müəsisələrdən əldə edilən gəliri bir nəfər mənimsəməməlidir.Əldə edilən gəlirlər, səhm paketlərini əldə edən Səhmdarlar arasında pay bölgüsünə görə qanuni qaydada bölüşdürülməlidir.Əgər Səhmdarların hüquqları Səhmdar Cəmiyyətlərdə qorunarsa,dövlət büdcəsinin yerinə yetirilməsinə,iqtisadiyyatımızın güclənməsinə və yüzlərlə ailənin sosial vəziyyətlərinin yaxşılaşmasına gətirib çıxara bilər. Hacı Nuh hər kəs özünü yox, başqasınıda düşünməyi bacarmalıdır ? SC-in var?

Hacı Nuh 2018-02-05 11:10:05

Şəkili İ.Moğlu İtaliyadakı yerlisi tuz Karo üçün yenə əlavə vergi tövsiyə edir.

İ.Mustafaoğlu 2018-02-05 11:10:05

Vergi dövlətin bel sütunudur.Əgər Vergi naziri öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq isyətirsə birinci növbədə Vergi Qanunlarına əməl etməlidir.Belə ki,Vergi Nazirliyinin əməkdaşları öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirsələr,Dövlət büdcəsinin yerinə yetirilməsində Neft sektorna ehtiyac qalmaz və büdcə artıqlaması ilə yerinə yetirilər. Məsələn;"Şəki-Bazar"ASC-i ildə ən azı 500,0 min manat vergidən yayınır və vergi əməkdaşları tərəfindən göz yumulur.

vergi ödəyicisi 2018-02-05 11:10:05

Konfransda Sahib Ələkbərov yazılmış vergi qanunvericiliyindən danışacaq,yazılmayan qanunlar qalacaq.Əyər həqiqətən vergi ödəyiciləri bu konfransda iştirak etsələr Cənab nazir çox şeylər eşidəcək,əlbəttə gələcəkdə bu neqativ halları aradan qaldırsa ,vergi şəffaflığı yaransa büdcə keçən illərdən qat-qat çox olacaq.İnşallah yaşayarıq görərik.

vergi ödyicisi 2018-02-05 11:10:05

Mən çox istəyərdim ki bu, tədbirə müəsisələrin baş mühasibləri də dəvətli olsun,çünkü onların yeni nazirə təklifləri çox olacaq. Çətinliklər həddən artıq çoxdur.

Müfəttiş 2018-02-05 11:10:05

Bizdəki sosial rifah Avropadan və Gürcüstandan aşağıdırsa hansı haqla onların vergi siyasətini bizə tətbiq edirsiniz. Mən bu məsələdən yaxşı heç nə gözləmirəm.Yenə də itirdiklərini vətəndaşların ciblərində axtaracaqlar.... .....

Cəmşid İrzaquliyev 2018-02-05 11:10:05

11.01.2018-ci il saat 15-də Vergilər Nazirliyinin israrlı dəvəti ilə Vergilər Nazirliyində oldum, Bir saat 15 dəq. təkliflərimi şifahi şəkildə izah edəndən sonra, rəsmi olaraq da 13 mövcud problem və bu problemlərin aradan qaldırılması ilə bağlı təkliflərimi təqdim etmişəm. Hansı ki, bu problemlər vergi və sahibkarların işini iflic edib. Təssüf ki, bununla bağlı elə bir ciddi reaksiya görmədim.İnanıram keçiriləcək konfransda qaldırılacaq məsələlər ciddiyə alınar.

Köhnəlmiş bakılı 2018-02-05 11:10:05

Vergi, ya gömrük müəyyən edilmiş normalara və mövcud bəyannamə nəticələrinə uyğun dəqiq yığılmalıdır. Bunu da siyasi şouya çevirmək, quş buraxıb göyərçin tutmaq həvəsinə bənzəyir. D....

sevda agakiwiyeva 2018-02-05 11:10:05

olsun,kicik sahibkkarliq demek olar ki,cokub///....milletin veziyyeti cox agirdi.ele olsun ki,gedenin dedesine rehmet oxumayaq,

Son yazılar