NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ ELAN EDİLDİ!!! - Hakimiyyət niyə tələsdi?

publika.az1425999773ilham  serencamAzərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

***

Prezidentin bu Sərəncamı, sözün əsl mənasında sensasiyadır. Azərbaycanda sonuncu növbədənkənar prezident seçkisi 25 il əvvəl - 1993-cü ildə keçirilib. Bu müddət ərzində demək olar ki, bütün seçkilər Konstitusiya ilə müəyyən olunmuş qrafik üzrə baş tutub. Əlbəttə, 25 ildə daşlaşmış bu ənənənin pozulması müəyyən suallar doğurur.

Qeyd edək ki, son 2 ildə növbədənkənar Prezident seçkiləri ideyası azı 2 dəfə aktuallıq kəsb edib. İlk dəfə 2016-cı ilin Konstitusiya referendumundan sonra növbədənkənar prezident seçkiləri mövzusu gündəmə gəldi. Lakin Prezident İlham Əliyev Rusiya KİV-lərinə müsahibəsində bunu təkzib etdi və növbədənkənar seçkilərə ehtiyac olmadığını dedi.  “Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm".

Növbədənkənar seçkilər ideyası bir də ötən ilin sonlarında Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunan zaman gündəmə gətirildi. Deputat Zahid Oruc bu ilin ilin oktyabrında keçirilməsi nəzərdə tutulan prezident seçkisinin vaxtını 7 ay ön çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif etdi. Z.Oruc öz təklifini belə əsaslandırırdı: “Hazırkı reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenliyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir.

Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. Fövqəladə hal sayılmasa da iki fərqli hakimiyyət orqanına-Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı”.

Maraqlıdır ki, Z.Orucun bu təklifinə ən sərt reaksiya YAP-dan gəlmişdi. YAP icra katibinin müavini Siyavuş Novruzov Zahid Orucun təklifi ilə bağlı bunları demişdi: “Biri deyir Azərbaycanda martda seçki keçiriləcək, biri deyir başqa vaxt keçiriləcək. Azərbaycanda seçkinin keçiriləcəyi ilə bağlı tarix-gün, ay bəllidir”.

Lakin bugünkü sərəncamdan sonra belə məlum oldu ki, Z.Oruc heç də özfəaliyyətlə məşğul olmayıb və növbədənkənar prezident seçkiləri ideyası məqsədli şəkildə gündəmə gətirilib.

BƏS HAKİMİYYƏTİ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRƏ VADAR EDƏN NƏDİR?

Bu barədə qəti fikir söyləmək çətindir. Z.Orucun əsas gətirdiyi arqumenti - 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşəcəyi fikrini bir kənara atmaq olmaz, amma bunu əsas səbəb kimi qəbul etmək çətindir. Ən azı ona görə ki, 2025 seçkilərini də bir neçə ay əvvələ çəkmək və beləliklə də toqquşmadan qaçmaq variantı da mövcud idi. Eyni zamanda parlament seçkilərinin də vaxtını dəyişmək olardı. Deməli, hakimiyyəti növbədənkənar prezident seçkilərinə vadar edən çox ciddi səbəblər - məlumat və hesablamalar, təhlillər var. Növbədənkənar seçkiləri zəruri edən amillərdən bəzilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Prezident İlham Əliyevin bu gedişi oktyabra planlaşdırılan seçkilərlə bağlı bir sıra xarici və hətta daxili dairələrin planlarını pozdu (İstisna deyil ki, hakimiyyətdə hansısa hazırlıqlarla bağlı məlumatlar olub). Qəfil seçkilər həm Rusiya, həm də Qərbin müdaxilə imkanlarını qat-qat azaltdı.

2. Növbədənkənar prezident seçkiləri müxalifəti tamamilə ofsaydda qoydu. Cəmi 6 gündən sonra Azərbaycanda prezident seçiləri kampaniyasına rəsmən start veriləcək. Heç bir müxalif qüvvə 2 aydan sonra keçiriləcək seçkilərdə real hədəflər planlaşdırmağa imkan verəcək resurslara sahib deyil. Hətta xaricdən hansısa ciddi dəstək də bu reallığı dəyişə bilməz.

3. Hakimiyyətin namizədinin dəyişəcəyi variantı üzərində uzun müddətdir planlar quran, lakin İlham Əliyevin yenidən seçkiyə qatılacağı elan olunandan sonra dərin məyusluq keçirən çevrələr də oyundankənar vəziyyətə düşdülər.

4. Növbədənkənar seçkilər Prezidentə hakim komandanı demontaj etmək üçün 7 ay kimi əhəmiyyətli bir zaman kəsimi qazandırdı. Şübhə yoxdur ki, 11 aprel seçkilərindən sonra Azərbaycanın yeni baş naziri, yeni vitse-prezidentləri, azı 50 faiz yenilənmiş nazirlər kabineti, hətta çox böyük ehtimalla, yeni Administrasiya rəhbəri iş başına keçəcək. Komandadakı bu yenilənmə iqtisadi-siyasi islahatları sürətləndirməyə imkan verəcək.

Növbədənkənar seçkiləri zəruri edən başqa amillər haqda da danışmaq olar, hətta istisna deyil ki, bu tələskənlik sırf Qarabağ danışıqları ilə bağlıdır. İstənilən halda, bu seçkilər istər Azərbaycan hakimiyyəti, istərsə də cəmiyyəti daxilindəki bir sıra qeyri-müəyyənliklərə son qoyacaq və siyasi sabitsizlik ehtimalını tamamilə aradan qaldıracaq.

E.Məhərrəmli

AzPolitika.info

635x100

Şərhlər

Yaqub 2018-02-05 13:36:11

Ay senin qadan alım ay idris qardaş vallah şerihni oxudum ürüym bir az sakitleşdi allah kömeyin olsun düz deyirsen bu saxta yalanlarla ve seckilerle hara qeder gedecekler insallah allah buları bir gün gezslsndırar

Redaktor-a 2018-02-05 13:36:11

Sag ol ekebala,sag ol,birce werhinizin axirdan ucuncu sozu "qlblr" wedevriniz aydin olmadi.

x 2018-02-05 13:36:11

Utanmasan oynamaga ne var?Allahim bu hakimiyyet ne qeder yalan danisir....

Idris 2018-02-05 13:36:11

Əhali seçkiyə onsuz da getmir. Saxtakarlıq əhalinin seçki ruhunu öldürüb.Seçkiyə ancaq korrupsioner məmurlar ailələri qohumları.Büdcə işçılərı müəllim həkim və başqaları zorla. Bırdə ki bır neçə regiyonun əhalisi hansı ki pul iş vəzıfə onlar üçündür. Əsas əhali seşkiyə getmir. Bu reallıqdır. Bunu öıkədə hər bir kəs bilir. Bütün dünya da bilir ki burada belədir. İndi də nə oyundur çıxarırlar fələk də baş aça bilmir. Qarabağ məsələsi də boş şeydir.Bunlar hakimyətə gələndə söz versələr də bacarmır istəmirlər

Akif 2018-02-05 13:36:11

İndi yalnız düzgün yol "Milli Şura"nın baykot çağırışına "Musavat" partiyasının, REAL hərəkatının, digər partiyaların və həmçinin mənim kimi bitərəf vətəndaşların qoşulmasıdır.Belə olan halda seçki fəallığı heç 10 faizdən artıq ola bilməz. Çünki,şəxsi maraqları üçün antixalq siyasəti aparan bu hakimiyyətin elektoratı 5 faizdən artəq deyil.Ona qədər isə demokratik müxalifət bloku BMT,ABŞ Konqresinin,Avropa birliyinin və AŞPA nümayəndələrini mitinq və yürüşləri müşahidə etməyə dəvət etmək lazımdır.

Koxa 2018-02-05 13:36:11

Sadece ve sadece qonşu ermenistan qarşısında rezalet olduq ermeniler bizi laga qoyub..

oxucu 2018-02-05 13:36:11

Azərbaycanda seçki??? Yox cənablar siz insanları o qədər də sadəlövh hesab etməyin... Bu ökədə olmasa da dünyada 21-ci əsrdir. Hər halda, insanlar alternativ informasiya ala bilirlər.

Rusya vetentaşı 2018-02-05 13:36:11

Eziz hemvetenlilerim bir rus xalqından qeyret götrün...

Bahar 2018-02-05 13:36:11

Jurnalist Sevinc Osmanqızı hələ 2017-ci ilin dekabr ayında demişdi ki Azərbaycanda mart ayında növbədənkənar seçki olacaq. Onda bu məlumatı yalnış olduğunu dedilər. Bəs indi nə?

BAX BU ÇOX ƏLA OLARDI: 2018-02-05 13:36:11

Növbədənkənar seçkilər Prezidentə hakim komandanı demontaj etmək üçün 7 ay kimi əhəmiyyətli bir zaman kəsimi qazandırdı. Şübhə yoxdur ki, 11 aprel seçkilərindən sonra Azərbaycanın: 1. yeni baş naziri, 2. yeni vitse-prezidentləri, 3. azı 50 faiz yenilənmiş nazirlər kabineti, 4. hətta çox böyük ehtimalla, yeni Administrasiya rəhbəri iş başına keçəcək. Komandadakı bu yenilənmə iqtisadi-siyasi islahatları sürətləndirməyə imkan verəcək. İNŞALLAH...

Munir 2018-02-05 13:36:11

Bu nədir hakimiyyət dünyaya meydan oxuyur? Biz bir xalq olaraq birləşib xilas olmalıyıq. Bütün böyük beynəlxalq təşkilatlara,sivil qərb ölkələrinə müraciətlər etməliyik.

Redaktor 2018-02-05 13:36:11

Uğurlar cənab Prezident! bu məlumat bir coxlari kimi olkəni tam da olmasa qisməm nəzarətə goturməyə calisan kurd mafiyasini daha cox məyus etdi desəm yanilmaram. Hazirda dunya və əsasən də Turk dovlətinin kurdlərə qalib gəlməsi ərəfəsində Sizə boyuk qlblr arzu edirik..

Metleb 2018-02-05 13:36:11

Bu xalq yalnız bir nefere ses verecek...

HEQIQET 2018-02-05 13:36:11

Indiki Azerbaycanda, hakim siyasi partiya YAP, olkede RUSHVET-KORRUPSIYANIN, memurlarin OZBASHINALIQLARININ, DEREBEYLIYININ, QANUNLARIN ICRASINA MANECHILIYIN, QOHUMBAZLIQIN, YERLICHILIYIN, CHOX BOYUK MEBLEQDE PULLARLA YUKSEK VEZIFELERIN SATIN ALINMASININ QARSHISINI ALMADI, CIDDI MUBARIZE APARMADI, QABAQLAYICI- PROFILAKTIK - KONTR TEDBIRLER HEYATA KECHIRMEDI, MUNTEZEM, hakimiyyete IYRENC YALTAQLIQIN TEBLIQATINI APARDI. YALNIZ MUSTEQIL-AZAD XALQ, DUZGUN-AZAD SECKI KECHIRE BILER Azerbaycanda !

Laçın Mulatov 2018-02-05 13:36:11

Diqqətli mülahizə 2025-ci ilə də aydınlıq verir. Seçkini elə muxbirin qeyd etdiyi "müdaxiləçilər"-Qərb və Kremllə həll ediblər. Qarabağı və Avropa yaşamı istəyənlərə qalıb onu demokratcasına sənədləşdirmək.

Xalq 2018-02-05 13:36:11

İndi bu hakimyetin yalanı üze cıxdıki buları ruslar idare edir

Millet 2018-02-05 13:36:11

Bu seckiye getmeyin heyatınızı mehv etmeyin

Veteran 2018-02-05 13:36:11

Vatinda verilmiw serencamdir!!! Payiza qalsaq ruslardan bawi acilan ABW burnunu bizim seckilere soxacaq!!!

vetendas 2018-02-05 13:36:11

Sok!!!!!!! Sevinc Xanim Ostanqizinin dedikleri duz cixdi. Onun proqnozu hamidan ferqli oldu. Aferin Sevinc xanima. He indi qalir esas mesele......... .-- duzlenin!

Son yazılar