“PREZİDENTİN QƏRARININ ARXASINDA 3 AMİL DAYANIR” - "Bölgədə vəziyyət sabit deyil"

“Azərbaycan prezidenti İlham Əliyev 3-4 günün içində ikinci (birinci strateji qərar hakim “Yeni Azərbaycan” Partiyasının qurultayını gözləmədən, partiyadakı müavini Əli Əhmədovun açıqlaması vasitəsilə prezident seçkisində iştirak edəcəyini anons etməsi idi) strateji qərarını verdi. Azərbaycanda növbədənkənar prezident seçkisi aprelin 11-də keçiriləcək”.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq qeyd edib ki, ölkədə siyasi sabitlik var, iqtisadiyyat və sosial həyatda ciddi problemlər yoxdur, əksinə prezident də son toplantılarda vurğulayır ki, 2017-ci il Azərbaycan üçün uğurlu keçdi, qeyri-neft sektoru inkişaf edir, 4 milyard dollar əlavə vəsait qazanılıb, manat sabitliyini qoruyur. Belə isə nədən İlham Əliyev növbədənkənar prezident seçkisinə ehtiyac duydu?

Mərkəz rəhbərinin fikrincə, prezidentin qərarının arxasında 3 amil dayanır: “Birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi. Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Ətraf toz-dumandır. Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq, Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.

İkinci amil xarici təhlükə ilə bağlıdır. 2013-cü ilin prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və hakimiyyəti rahatladı. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq”.

E.Şahinoğlu hesab edir ki, üçüncü amil Azərbaycanda may ayında Cümhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir. Prezident bu tədbirləri may ayında daha güvənli şəkildə keçirmək istəyir. Üstəgəl mayın 28-də böyük amnistiya nəzərdə tutulub: “Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirən bir çox şəxsə şamil edilə bilər. Prezident növbədənkənar seçki təyin etməklə, həm də Qərbdəki mərkəzlərin də seçkiyə müdaxiləsi imkanlarını minimum endirdi”(musavat.com).

 

635x100

Şərhlər

R-n 2018-02-05 13:58:10

..Melikmemmedin nagillarindaki sujetler dayanir...cevir tati,vur tati...

seymur 2018-02-05 13:58:10

.Seckiya qadar manat sabit qalmalidi boyuk xarcin hesabina artiq 10 ay niya pul verib manati saxlasin vassalam ......

hop-hopnamə 2018-02-05 13:58:10

Ey cənabi politoluq!! O dediyin 4 milyarddan sənə nə qədər veriblər belə özünə əl qatmısan? ....

Serlok Holms 2018-02-05 13:58:10

1. Seckide men bilen namized ireli surulmeli ve secki kecirilmelibi. Eger bu olmayacaqsa ???? 2. Daha secki adi altinda imitasiya edib milyonlari bos yere daqidinca, ele ozlerini tesdiq edib,--- hemin pulu iqtidarin banklarina manat alib, dollar odeyen yaziq musterilerin borcunu odeseler. daha yaxsi olar. 3 . He o ki, qaldi Rusiyanin bize aqaliq etmeyine, ay Sahin muellim, Ozunuz bilirsiz ki, Azerbaycan her seyde onun emri ile idare edilir, bir adindan basqa. Bu gun sabah adini da dasiyacaqiq! SOS!!!!

Arif 2018-02-05 13:58:10

Aprel ayı həm də Azərbaycan tarixində qələbələr ayıdır.Məncə bir səbəb də budur.Apreldə inşallah hər şey yaxşi olar

cəngərlik saqkini 2018-02-05 13:58:10

GÖZLƏRİ NİYƏ BƏRƏLİB ???Danışdıqları ilə əlaqəli olmasın.

Bashirov Qarib 2018-02-05 13:58:10

Əhsən belə politoloqa. Lap qızil xırdalayır.Amma dediyi uçuncu amil-cumhuriyyətinin 100 illiyi ilə əlaqədardir sözu nə isə inandırıcı deyildir.Bu amilə kim inanar, ay Elxan muəllim?

Son yazılar