RAMİN QULUZADƏYƏ 2 MÜAVİN TƏYİN OLUNDU - Elmir Vəlizadə nazirliyə qayıtdı

ramin-quluzade-azpolitika-kerem-hesenov-rabite-naziri-kərəm-həsənov-

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədovun vəzifəsindən azad olunub. Nazirliyin saytında verilən məlumata görə,  İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

 

Qeyd edək ki, bu ilin yanvarında qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifələr ixtisar olunmuşdu. Bu baxımdan Elmir Vəlizadənin yendiən müavin postuna qaytarılması gözlənilməz oldu. 

AzPolitika.info

635x100

Şərhlər

Brat 2018-02-05 14:22:54

layiqli öz yerinə qayıdır.

rabitəçi 2018-02-05 14:22:54

iltimas çıxmaqnan iş düzəlmir,çünki onun kadrı novruz məmmədov yerindədir...........................................?

vətəndaş 2018-02-05 14:22:54

Qanunlarımızın işlənməməsi kiçik padşahların özbaşnalıqlarına gətirib çıxarır,vətəndaşı dövlətdən narazı salma hallarına rəvac verilir.

Mellim 2018-02-05 14:22:54

Elmir velizade guya aydan aridi sudan durdu

oxucu 2018-02-05 14:22:54

Budur Azərbaycanın gücü, qüdrəti, fəxri...

QANUNLARIN ALILIYI VARMI ????? 2018-02-05 14:22:54

Nazir müavini Elmir Vəlizadə: "Mən də "paket" alırdım, ayda 30 min..." https://news.milli.az/country/490670.html Elmir Vəlizadənin yendiən müavin postuna qaytarılması, Azerbaycan hakimiyyetinin KORRUPSIYAYA QARSHI MUBARIZESI ADLANIR ????? ..., bu BIABIRCHILIQA GORE, KIM MESULIYYET DASHIYIR ?????...

Son yazılar