Rusiya Qırğızıstanın 240 milyon dollar borcunu silib

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın federasiya qarşısında 240 milyon dollar həcmində qalıq borcunun silinməsini nəzərdə tutan protokolu təsdiqləyib.

“Report” xəbər verir ki, borcların tənzimlənməsi barədə saziş hələ 2012-ci ildə bağlanıb, protokol bu sənədə aiddir.

Həmin dövrdə Bişkekin Moskvaya olan borcu 488,9 mln. dollar təşkil edib. 2013-cü ilin mayında Moskva onun təqribən 188,9 mln. dollarını silib, 300 mln. dollar həcmində qalan məbləğin isə 10 il ərzində silinməsi nəzərdə tutulub.

Lakin 2017-ci ilin fevralında Qırğızıstan prezidenti Almazbek Atambayev Putinə müraciət edərək qalan borcun bir vaxtda silinməsini istəyib. O bunu Bişkekin borc göstəricisinin yaxşılaşdırılması zərurəti ilə izah edib. Həmin ilin yayında müvafiq protokol imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar