Türkiyə İdlibdə 4-cü müşahidə məntəqəsinin yaradılmasına başlayıb

«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Suriyada təhlükəsizlik zonası çərçivəsində, Türkiyə hərbçiləri sayca 4-cü müşahidə məntəqəsi yaradırlar. Bu barədə bazar ertəsi Türkiyə silahlı qüvvələri (SQ) Baş qərargahı xəbər verib.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bundan əvvəl, yanvar ayında qeyd etmişdi ki, Moskva Türkiyə tərəfindən Suriyanın şimalındakı İdlibdə təhlükəsizlik zonası ətrafında müşahidə məntəqələrinin yaradılması prosesini tezliklə başa çatdıracağına ümid edir. Onun sözlərinə görə, Türkiyə hələ ki, planlaşdırılmış 20 məntəqədən yalnız 3-nü yaradıb.

«Astanada əldə olunmuş saziş çərçivəsində bizim hərbçilər İdlibin Şeyx İsa rayonuda 4-cü müşahidə məntəqəsinin yaradılması işinə başlayıblar. Bundan başqa, daha 2 belə məntəqənin yaradılması işlərinə başlanması planlaşdırılır» - deyə, Türkiyənin Baş qərargahı xəbər verir.

Bu günə, 2011-ci ildən bəri hərbi münaqiənin davam etdiyi Suriyada 4 təhlükəsizlik zonası yaradılıb. Biri İdlibdə, ikincisi - Homs şəhərindən şimalda, üçüncüsü - Dəməşqin şərqindəki Qutda, 4-sü isə Deraa əyalətində - Suriya-İoraniya sərhədində.

Bu barədə razılıq Asatana prosesində - Rusiya, Türkiyə və İran qarant dövlətləri arasındakı danışıqlar prosesində əldə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar