Milli Şura və AXCP prezident seçkisini boykot etdi

Milli Şura və AXCP aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini boykot etmək barədə qərar qəbul edib.

Strateq.az bildirir ki, bu barədə AXCP sədri Əli Kərimli bəyanatla çıxış edib: “AXCP və Milli Şurada seçki ilə bağlı ciddi müzakirə apardıq. Milli Şura xalqı bu prosesdə iştirak etməməyə çağırır” - deyə Ə.Kərimli vurğulayıb.

Milli Şurada bu gün keçirilmiş müzakirələr nəticəsində dinc kütləvi mitinqlərə başlamaq qərara alınıb: “Mart ayından başlayaraq xalqı dinc etiraz aksiyalarına çağırırıq”– deyə AXCP sədri müraciətində qeyd edib.

635x100

Şərhlər

Vüqar 2018-02-06 00:39:22

Menim milli şuraya teklifim tez bir zamanda mitinq teyin edib şüarıda bele qoymaq...

Son yazılar