PUTİN HAKİMİYYƏTİ KİMƏ ÖTÜRƏCƏK? - “Öz irsini saxlamaq üçün yeni nəsil rəhbərlər hazırlayır”
Milad bayramı ərəfəsində Qızıl Meydandakı buz meydançasında gecə keçirilən xokkey oyununda Vladimir Putin ard-arda qol vururdu. Putinin oyundakı rəqibləri qətiyyən ona mane olmağa çalışmırdılar. Bu oyunda Putinin yaxın ətrafının bir çox nümayəndəsi iştirak edirdi. Onlar arasında prezidentin siyasi müttəfiqləri, ölkə rəhbərliyinə daxil olan keçmiş cangüdənlər, onun hakimiyyəti illərində nağıllardakı kimi varlanmış köhnə dostları vardı.
Kreml hər şeyi edib ki, mart ayındakı seçkilərin gedişində 65 yaşlı Putinə qarşı, həmişəki kimi, “dişsiz” rəqiblər dayansın. O, hakimiyyətini 2024-ci ilədək sürdürmək niyyətindədir. Bu onun dördüncü və böyük ehtimalla sonuncu prezidentlik müddətidir. Putin üçün ən çətin iş, prezident postunu tərk etdikdən sonra putinizmin dayanıqlığını təmin edə biləcək komanda və sistemin yaradılmasıdır.
Rusiya hakim elitasını öyrənən sosioloq Olqa Krıştanovskaya deyir: “Putini ən çox hamının bir-biriylə mübarizə aparmağa başladığı zaman sistemin dağıla biləcəyi qorxudur. Bu, olduqca böyük riskdir”.
Putinsiz də funksiya göstərəcək institutların formalaşması keçmiş DTK əməkdaşının qarşısında dayanan yeni tapşırıqdır. 2000-ci ildə hakimiyyətə gələndən sonra Putin oliqarxları cilovlayaraq qubernatorlar üzərində nəzarəti möhkəmləndirdi və parlamenti sözəbaxan əks-səda kamerasına çevirdi. Onun birinci prezidentlik müddətində neftin qiymətinin yüksəlməsi hesabına ölkə inkişaf etdi və Sovet İttifaqanın dağılmasından sonra yaranmış xaosdan yorulmuş rusiyalılar prezidentin sərbəst şəkildə istədiyini etməsinə etiraz səslərini ucaltmadılar. Bu gün Putin rəqiblərin olmadığı və hədsiz dərəcədə öz personasına uyğunlaşdırılmış idarəetmə sistemində hökmranlıq edir. Əhalinin zəif iqtisadi böyümə ilə əlaqədar artan narazılığına baxmayaraq, Krımın ilhaqından sonra onun populyarlıq reytinqi dəyişmədən 80 faizin üstündə dayanır.
Putin bu yaxınlarda gənc məmurların bacarığını real şəraitdə yoxlamaq və həm də onların daha yüksək post tutmaq məsələsindəki şanslarının prezidentə qarşı loyal münasibətdən asılı olmasını anlatmaq baxımından onları regionlara qubernator təyin edib. Həmin qubernatorlar içərisində onun 45 yaşlı keçmiş mühafizəçisi Aleksandr Dyumin də var. A.Dyumin Qızıl Meydanda digər komandada qapıçı kimi oynayırdı və Putinin vurduğu şaybaları qaytara bilmirdi.
2016-cı ildə Dyumin Tula vilayətinin qubernatoru vəzifəsinə təyin olunub. Kreml bu qubernatorların dağılmış yolları və yaşayış binalarını necə bərpa etməsindən, yerli bürokratiyada apardıqları islahat cəhdlərindən danışaraq, onları aktiv şəkildə reklam edir. Onu da deyək ki, əvvəlki nəsil qubernatorların bəziləri korrupsiya ittihamı ilə həbs olunub.
Xeyli sayda ambisiyalı məmur fiziki forma da daxil olmaqla, məhsuldar liderlik proqramı çərçivəsində hazırlıq keçib ki, onların əksəriyyətinin yaşı 40-ı ötmür. Oktyabr ayında dövlət televiziyası Putinin etibarlı məmurlarının başlarında dəbilqə qayanın üstündəki şəlalədən necə tullanmalarını göstərirdi. Bir ay sonra isə liderlərin hərbi proqram üzrə dözümlülük sınağından keçmələri barədə reportaj verilirdi. Onlar sınaq zamanı paraşütdən atlanır, uzanaraq hərəkətdə olan zirehli transportyorun altından keçir, avtomatdan atəş açır və qumbara tullayırlar.
Putin hakimiyyətinin təşkilatlanmış formada ötürülməsi üçün görünür ki, Çinin təcrübəsindən istifadə edilir. Belə ki, Si Çzinpin öz şəxsi hakimiyyətinin möhkəmləndirilməsi üçün addımlar atıb. Kommunist partiyası yüksək vəzifəli rəhbərlərin dövrü olaraq yenilənməsi zamanı öz nəzarətini zəiflətmir. Bu dəyişiklik Sovet İttifaqının dağılmasına təkan vermiş herontakratiyanın (qocaların hakimiyyəti) əmələ gəlməsindən qaçmaq üçün aparılır.
Kreml daxilində rəqabətdə olan qruplar arasında dərinləşən parçalanma fonunda Putin irsinin saxlanılması və təhlükəsizliyin təşəkkülü üçün bir neçə etibarlı adamın olmasına ehtiyac var. Ötən ilin dekabrında keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Putinin idarəetməsi dövründə korrupsiya üzrə ittiham olunan ən yüksək çinli məmur oldu. O, Putinin nüfuzlu tərəfdaşı və “Rosneft”-in rəhbəri İqor Seçindən rüşvət almaq çəhdinə görə 8 il müddətinə azadlıqdan məhrum olunub. İndi də Kremlə məsləhətlər verməkdə davam edən prezident administrasiyasının keçmiş yüksək vəzifəli məmuru Konstantin Kostin qeyd edib: “Növbəti prezident müddəti üçün Putinin başlıca prioriteti hakimiyyətin təşkilatı şəkildə ötürülməsi olacaq”.
Putinin ətrafındakıların fikrinə görə, Rusiya prezidenti özünə xələf kimi gənc məmurlardan birini seçəcək. Həmin şəxs isə öz karyerasına görə tamamilə Putinə borclu olacaq. Bu gözlənilməz şəxsin irəli sürülməsinə 52 yaşlı baş nazir Dmitri Medvedyev mane olmağa çalışır. Çünki böyük ehtimalla, seçkilərdən sonra vəzifəsini saxlayacaq Medvedyevin özünün Putin tərəfindən xələf seçilmək üçün bütün şansları var. Bu fikri Kremlin keçmiş məmurlarından biri söyləyib. Putinin yaxın ətrafındakı əksər adamlar öz şəxsi talelərini hakimiyyətlə bağlayıblar. Belə ki, onlar öz övladlarını dövlət şirkətlərindəki gəlirli yerlərə yerləşdirərək, Rusiyanın idarə olunmasını genişlənmiş ailə biznesinə bənzədiblər.
Əgər Putin öz postundan 2024-cü ildə gedərsə, onda o, idarəetmə sisteminin hal-hazırda məşvərət orqanı olan Dövlət Şurasının ixtiyarına keçməsindən ötrü, konstitusiyanı elə dəyişəcək ki, əsas hakimiyyət rıçaqlarını qoruya bilsin. O, həmçinin özünün 2008-ci ildəki fəndini təkrar edə bilər. Həmin dövrdə hakimiyyətini davam etdirməkdən ötrü Putin Medvedyevlə yerini dəyişmişdi. Bu iki il dalbadal müddətə prezidentliyə qadağa qoyulmasıyla bağlı konstitusiyadakı maddəni pozmamaq üçün edilmişdi.
Putinin ilk iki prezidentlik dövründə Kremlin məsləhətçisi olmuş siyasi texnoloq Qleb Pavlovski bildirir: “Hətta bu halda da Putinin hakimiyyəti elita nümayəndələrinin gözündə əhəmiyyətli dərəcədə azalacaq. Onun üçün artıq başqa bir rol yoxdur”.
(“Bloomberg Buisnessweek”-ABŞ)
Tərcümə “AzPolitika”nındır
Şərhlər
Mой вам совет на будущее, карапузики. Если Путин предлагает какой-то компромис -- сразу соглашайтесь, жмите ему руки и клянитесь в вечной дружбе. Попытаетесь кочевряжиться: после пары "циклов" сопротивления ваши лучшие друзья утопят вас в сортире, чтобы вы им жизнь не портили.
Vladimir vladimirovic senden artıq derecede xahiş edirem eger qalib gelsen könüllü istefa ver yeltsin kimi yada kazaxıstan belarus azerbaycan ve tacikistan müxalifetne kömek elr hakimyete gelsin bax onda amerika sene inanacaq
Putin hakimiyyəti ancaq özünə ötürəcək. Daha ötür-ötür oyunu ilə baş girləmək mümkün deyil. Əldən verdin, demək sənin deyil və olmayacaq