ABŞ FOND BAZARI və ASİYA BİRJALARI ÇÖKÜR - Varlılar 114 milyard dollar itirdi

 Proses Azərbaycan Neft Fonduna da təsir göstərəcək

ABŞ-ın fond birjalarında ötən həftədən start götürən narahatlıqlar bazar ertəsi günü kəskin enmələrə keçib. Belə ki, bazar ertəsi ABŞ fond indeksləri son 6 ildə rekord həddə - orta hesabla 4 faiz azalma nümayiş etdirib.“Yeni Müsavat” Bloomergə istinadən məlumat verir ki, Dow Jones indeksi 1175 bənd və yaz 4,6 faiz dəyər itirib.

Bu, tarixdə ən böyük günlük azalma hesab olunur. S&P 500 indeksi son 20 ildə ilk dəfə bir gün ərzində 4,1 faiz dəyərsizləşib. Nasdaq isə 3,78 faiz eniş nümayiş etdirib.

ABŞ birjalarındakı çökmə Asiya bazarlarına da təsir göstərib. Belə ki, Yaponiyanın Nikkei indeksi 6 faiz, Topix indeksi 5,43 faiz, Honkonq Fond Birjasının HangSeng indeksi isə 4,59 faiz dəyərsizləşib

Картинки по запросу

“Yeni Müsavat”ın CNBC telekanalına istinadən məlumatına görə, Ağ Evdən – Tramp administrasiyasından fond birjalarındakı çökmə ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, hökumət “həmişə fond bazarı kapital itirəndə narahat olur, lakin iqtisadiyyatın fundamental göstəricilərindən əmindir”.

Ekspertlərə görə, Fond birjaları ABŞ iqtisadiyyatında inflyasiyanın sürətlənməsi, həmçinin FED-in uçot dərəcələrini gözlənildiyindən daha sürətlə artırması kimi amillərin təzyiqi altındadır. Bu şəraitdə investorlar arasında yaranan çaşqınlıq birjalarda əksini tapır.

Bəzi mənbələrə görə, Amerika səhm bazarındakı vəziyyətin yaranmasında ABŞ-ın aparıcı banklarından biri olan Wells Fargonun ciddi tənəzzülü də böyük rol oynayır. Belə ki, həftənin ilk iş günü Nyu-York Fond Birjasında(NYSE) bu bankın səhmləri 7 faizdən çox dəyər itirib.

Картинки по запросу Amerika səhm bazarı

Qeyd edək ki, Wells Fargo 1,9 trilyon dollarlıq aktivləri ilə ABŞ bankları arasında böyüklüyünə görə 3-cü yeri tutur. Ötən həftə Federal Ehtiyat Sistemi(FED) banka aktivlərini artırmağı qadağan edib. Qurum bu qərarı bankın mövcud qaydaları və istehlakçı hüquqlarını genişmiqyaslı pozulması hallarına yol verməsi ilə izah edib. Ekspertlər hesab edirlər ki, səhmlərinin dəyərdən düşməsi ilə yanaşı, Wells Fargo yaxın gələcəkdə daha ciddi itkilərlə üzləşəcək.

Fond bazarlarındakı çökmə nəticəsində dünyanın ən varlı adamları bir günə 114 milyard dollar itiriblər. Bu zaman 18 milyarderin hər birinin itkisi 1 milyard dollardan yuxarı olub. Bloomberg Billionaires Index-in hesablamalarına görə, dünya varlıları arasında 3-cü yeri tutan Uorren Baffet 5,1 milyard dollar, Facebook-un yaradıcısı Mark Zukerberq 3,6 milyard dollar, planetin ən varlı adamı – “Amazon”un yaradıcısı Ceff Bezos 3,3 milyard dollar, Google axtarış sisteminin sahibləri olan Larri Peyc və Sergey Brin hərəyə 2,3 milyard dollar itiriblər.

Google, Wells Fargo, Berkshire Hathaway, Apple, Microsoft və ExxonMobil hər biri 30 milyard dollardan çox zərərə düşüblər. CNBC-nin məlumatına görə, ABŞ şirkətləri ümumilikdə 1 trilyon dollardan yuxarı vəsait itiriblər.

Uoll Stritin “qorxu indeksi” olan VIX 104 faiz artım nümayiş etdirərək 2015-ci ildən bəri ən yüksək həddə çatıb.

ABŞ prezidenti Donald Tramp Dow Jones indeksinin rekord enmə xəbərini Ohayo ştatındakı zavodların birində olarkən alıb. Xəbərə rəğmən, o, çıxışında iqtisadiyyatın sürətli inkişafından, yeni iş yerlərinin açılmasından və stabillikdən bəhs edib.

Vitse-prezident Maykl Pens isə jurnalistləri əmin etməyə çalışıb ki, baş verənlər “bizim fond bazarımızın adi eniş-yoxuş” vəziyyətini əks etdirir. O bildirib ki, ABŞ indeksləri Tramp prezident olandan bəri minlərlə bənd yüksəlişə nail olublar.

Картинки по запросу İqtisadçı-ekspert Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, uzun müddət ərzində ABŞ fond bazarında belə sürətli enmə müşahidə olunmayıb: “Hazırda hamını belə bir sual maraqlandırır ki, bu, korreksiyadır, yoxsa yeni bir böhranın başlanğıcı? Düşünürəm ki, bu, daha çox korreksiya – yəni qiymətlərin bazara uyğunlaşmasıdır. Bir müddətdən sonra birjalarda vəziyyət normallaşacaq. Ötən həftənin əvvəlində FED-in əvvəlki rəhbəri Alan Greenspan bildirmişdi ki, ABŞ-ın fond və istiqraz bazarlarında köpük yetişir. O, səhmlərin qiymətinin düşməyə başlayacağı barədə xəbərdarlıq etmişdi. Bu vəziyyətin FED-lə bağlılığı var. Bağlılıq ondan ibarətdir ki, rəhbəri dəyişib. FED-in yeni rəhbəri Ceremi Pauell fəaliyyətə başlayır. Əvvəlki rəhbərlik bazara kifayət qədər likvidlik vermişdi. Avropa, Asiyada da beləydi – mərkəz banklar böhrandan sonra pul çap etmişdilər. FED-in yeni rəhbəri uçot dərəcəsini daha kəskin artırılmasının tərəfdarıdır. Üstəlik ABŞ pul çapını dayandırıb. Eyni zamanda dövriyyədəki pul kütləsinin azaldılması siyasəti yürüdülür. İqtisadiyyatın inkişafı ilə bağlı açıqlanan pozitiv rəsmi rəqəmlərə baxmayaraq, likvidliyin azalması gözləntiləri bazarda təlatüm yaradır.

Digər tərəfdən, hazırda ABŞ qiymətli kağızlarının illik faiz dərəcəsi 2,85 faiz təşkil edir. Son 10 ildə bu dərəcələrdə davamlı artım qeydə alınıb. Bu artımlar da bazara təsir edən amillərdən biridir.”

Картинки по запросу ABŞ qiymətli kağızlarının illik faiz dərəcəsi

Onu da qeyd edək ki, ölkə prezidenti tərəfindən təsdiqlənən investisiya siyasətinə əsasən 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinin 25 faizi səhmlərə yatırıla bilər. 2017-ci ildə bu göstərici 15 faiz təşkil edib. Bu il üçün investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 60,67 milyard manata bərabər götürülüb.

ABŞ və Asiya fond bazarlarındakı vəziyyətin Azərbaycana təsirlərə gəlincə, S.Əliyevin fikrincə, fond birjalarındakı enmənin ARDNF-nin aktivlərinə təsir uzunmüddətli olmayacaq: “Bazarlarda vəziyyət stabilləşən kimi itkilər də azalacaq. Hələlik ciddi bir itkidən söhbət açmaq mümkün deyil, çünki enmələr yeni baş verib və o qədər də böyük faizdən söhbət getmir”.

Картинки по запросу fond birjalarındakı enmə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar