ŞAHİN MUSTAFAYEVİN SƏLAHİYYƏTLƏRİ AZALDILDI - Dəyişiklik

axar.az1395130862iqtisadiyyat_1382614200sahinİqtisadiyyat Nazirliyinin səlahiyyəti xeyli dərəcədə azaldılıb. BakuPost xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına görə, "Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.

Dəyişikliyə əsasən Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bundan əlavə, "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinə verilən bu səlahiyyətlər nazirliyin əsas gəlir mənbələrindən biri idi.

635x100

Şərhlər

2+2=4 2018-02-06 19:35:45

Bu Nazirliyin bütövlükdə varlığı ilə yoxluğu arasında fərq nədədir ki??? Ölkədə illərdir “Anti inhisar” siyasəti qəbul olunmur, Nazirlikdə Antiinhisar Departamenti fəaliyyət göstərir, ölkədə iqtisadi artım strategiyasının qüsurlarının 2015-2017-ci il böhranına gətirib çıxaracağını bu Nazirlik görməli və proqnozlaşdırmalı idi, amma hanı??? illərdir iqtisadi artım strategiyasına tərifnamələr yağdırmaqda Nazirlik Milli məclisin deputatları ilə yarışır; iqtisadiyyatın tənzimlənməsi siyasətinin təkmilləşdirilməsi, tənzimləmədə prioritetlərin və onların əldə olunma mexanizmlərinin müəyyənləşməsi, iqtisad yönlü nazirliklərin fəaliyyətində əlaqələndirmənin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı və s., və s. bu kimi ölkə iqtisadiyyatının bütün bu növ aktual sualları Nazirliyin cavabdehliyindədir. Neft gəlirlərinin dövlət investisiyaları şəklində xərcləmək üçün bu boyda Nazirliyə ehtiyac yoxdur, bu pulların xərclənməsi istiqamətlərini və miqdarını onsuzda Nazirlik müəyyənləşdirmir

mühəndis 2018-02-06 19:35:45

Ümumiyyətlə belə passiv,fəaliyyətsiz nazirlik ölkədə lazımdırmı? İqtisadiyyat it günündə,işsizlik baş alıb gedir ,dövlət miqyasında yeni iş yerləri yaradılmır (10000-40000 işləyə bilən), qiymətlər nəzarət olunmur,iqtisadiyyat çöküb.Yalan və əsassız,yeri görünməyən təriflər ikrah doğurur.Televiziyalarda ,Dövlət statistika Komitəsində verilən məlumatlar saxta,yalan. Belə iqtisadiyyatla biz hara gedirik?

Son yazılar