BAKIDA ZAVODDA GÜCLÜ PARTLAYIŞ - Nazirlikdən şübhə doğuran açıqlama - Foto, Video

Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  

***

Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur. "Report"un məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.

"Radioquraşdırma zavodu" istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.

Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.

 * * *

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib. "Report"un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən "Report"a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

635x100

Şərhlər

Adam 2018-02-06 22:42:19

Hörmətli Adminmən Sizin saytınıza hörmətlə yanaşram və öz ürəyimdən gələn fikirlərimi yazıram,ancaq Siz dərc etmirsiz.Niyə?Belə çəxər ki,Siz də pulla dərc Çox qəribə alınır. -Neft daşlarında misli bilinməyən səviyyədə yanöın, -Hərbi hissələrin ikisində silah anbarlarının partlaması, -SMN Şirvanda olan Telemexanika z-da güclü partlayış..... Bunlar düşmən əli ilə törədilən hallara bənzəyir...

R-n 2018-02-06 22:42:19

Artig 10 ilden yuxaridir ki,her gun yangin,partlayish xeberlerini eshidirik........r...

Son yazılar