Dövlət Komitəsi Azərbaycandakı ailələrin sayını açıqlayıb

“Azərbaycanda ailələrin sayı 2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə bu rəqəm 2 084 500 olub”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, Azərbaycanda ailə institutu qorunub saxlanılır.

H. Hüseynova qeyd edib ki, dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır: “Bütün məlumatlar Komitədə ümumiləşdirilib, tövsiyələr hazırlanıb və Nazirlər Kabinetinə çatdırılıb. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir”.

Dövlət Komitəsinin sədri uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının yaradıldığını da söyləyib.

635x100

Şərhlər

Bəhram Cəfər 2018-02-06 21:25:55

Ailə sayı cəmi iki milyon (2,0845) qeyd olunsa da, bu hər kəsdən ailə probleminə ciddi yanaşma tələb edir.

Son yazılar