Rusiyanın Dəməşqdəki ticarət nümayəndəliyi minaatanlardan atəşə tutuldu

Rusiyanın Suriyadakı ticarət nümayəndəliyi minaatanlardan atəşə tutulub. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb. Məlumata görə, binaya 120 millimetrlik mina dəyib. İnsident nəticəsində ölən və xəsarət alan olmayıb.

Rusiya XİN-i terrorçuların bu əməlini qəti şəkildə pisləyib.

Daha əvvəl agentliyin mənbəyi bildirmişdi ki, mina ticarət nümayəndəliyinə Dəməşqdəki prezident rayonu atəşə tutularkən düşüb.

Onu da qeyd edək ki, dünən terrorçular Rusiyanın humanitar yardım paylayan punktlarına hücüm etmişdilər. Hücum nəticəsində iki nəfər həlak olmuşdu. Bir neçə mina da Dəməşqin tarixi mərkəzindəki Bab-Tuma məhəlləsinə düşmüşdü. Orada isə bir qadın ölmüş, üç nəfər yaralanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar