Əlli-əlli vurmağın faydası var - Alimlər təsdiqlədi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerikalı alimlər alkoqollu içkilərdən istifadənin faydalı olduğunu sübut ediblər. Amma qeyd edilir ki, spirtli içkilər insan orqanizminə yalnız xırda dozalarda faydalı təsir göstərir.

Araşdırmaların nəticələrinə istinadla, bu barədə xəbəri «Dni.ru» portalı yayıb.

Roçestersk Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, alkoqol beyini soyuqdəymədən qoruyur və toksinləri oradan qovub çıxardır. Bu da Alhemeyer və Parkinson xəstəliklərinin riskini aşağı salır.

«Biz göstərə bildik ki, spirtli içkinin xırda dozaları beynin sağlamlığı üçün faydalıdır, belə ki, bu içkilər özünü «zibil»dən təmizləmək işində beyinə kömək edirlər» - deyə, qlimfatik sistemin işinə alkoqolun necə təsir göstərdiyini izləyən mütəxəssis Mayken Hederhard bəyan edib. Sən demə, alkoqol artıq zülalı və məhv olmuş neyronları beyindən «yuyub» çıxarırmış.

Eyni zamanda, siçovullar üzərində aparılmış sınaqlar göstərib ki, mütəmadi olaraq, böyük dozalarda qəbul elilmiş alkoqol beynin soyuqlamasına səbəb olur. Məhz bunun nəticəsində siçanlar yeni informasiyaları daha pis yadda saxlamaqla bərabər, öz hərəkətlərinə pis nəzarət ediblər.

Bütün bunlar öz yerində, amma öz aramızdır, rəhmətlik Ömər Xəyyam bütün bunları neçə əsr bundan əvvəl yazmışdı axı...

635x100

Şərhlər

Abuzer 2018-02-07 00:18:18

(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür"! Beqere 219... Ay qardaş bizim camaat komple beyni yuyurlar axi. Beyni yuyub atirlar. Qafa tasinda beyin evezine noxud boyda bir sey qalir

Son yazılar