ABŞ-ın dövlət katibi Türkiyəyə gəlir

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, gələn həftə Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin başçısı Reks Tillerson Türkiyəyə səfər edəcək. Xəbəri Türkiyənin «NTV» telekanalı yayıb.

Telekanalın diplomatik mənbələri səfərin dəqiq tarixi və dövlət katibinin keçirəcəyi görüşlər barədə bilgi verməyib.

Xəbərdə həm də qeyd olunur ki, cari həftənin sonunda ABŞ Prezidentinin milli təhlükəsilik məsələləri üzrə müşaviri Herbert Makmaster Türkiyəyə gələcək.

Gözlənildiyi kimi, tərəflər Vaşinqtonun kürd qruplaşmaları dəstəkləməsi səbəbilə, iki ölkə münasibətlərində yaranmış böhranı müzakirə edəcəklər. ABŞ-ın Suriyada dəstəklədiyi kürd qruplaşmaları Ankara terrorçu qruplar hesab edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar