Azərbaycan nümayəndələri UEFA-nın sammitində iştirak edirlər

uefa-300x168İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 6-7 fevral tarixlərində “Stadion və Təhlükəsizlik Strategiyası” sammiti təşkil olunub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, sammit UEFA İcraiyyə Komitəsi tərəfindən 21 Yanvar 2016-cı il tarixində təsdiq edilmiş, 2017-2021-ci illəri əhatə edən UEFA stadion və təhlükəsizlik strategiyası çərçivəsində keçirilir.

Tədbirdə AFFA-nın İnfrastruktur direktoru Kamran Vəliyev və AFFA-nın təqdimatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tədbirdə iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar