Millimiz Avropa çempionatını ağır məğlubiyyətlə tərk etdi - FOTOLAR

Futzal üzrə Azərbaycan yığması Sloveniyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, millimiz Portuqaliya ilə qarşılaşıb.

Qrupdakı son oyununda İspaniyaya 0:1 hesabı ilə uduzan, bununla belə, qrup ikincisi kimi növbəti mərhələyə adlayan komandamız qitənin ən güclülərindən olan portuqallar qarşısına ümidli çıxsa da, hər şey əksinə olub. Belə ki, yığmamız böyükhesablı məğlubiyyətdən qaça bilməyib. 1:8 hesabı ilə uduzan Azərbaycan millisi Avropa çempionatı ilə vidalaşıb.

Bu görüş iki komanda arasında 12-ci qarşılaşma olub. Əvvəlki 11 oyunda olduğu kimi, yenə komandamız qələbə qazana bilməyib. Rəqibi qarşısında cəmi 3 dəfə heç-heçəyə sevinən millimizin DÇ-2016-da da yolunu Portuqaliya kəsmişdi.

AVRO-2018

1/4 final

Portuqaliya – Azərbaycan - 8:1

Qollar: Pedro Kari, 2.05, 5.43; Pani Varela, 9.40; Rikardinyo, 10.31, 19.32, 25.31, 31.15; Bruno Koelyo, 24.09 - Everton Kardoso, 0.54

Hakimlər: Andrey Çerni (Çexiya), Kamil Çətin (Türkiyə), Saşa Tomiç (Xorvatiya)

Sloveniya. Lyublyana, “Stojica Arena”

Portuqaliya: 12. Andre Souza (q), 6. Pedro Kari, 7. Bruno Koelyo, 9. Joao Matos, 10. Rikardinyo (k)

Ehtiyat oyunçular: 1. Bebe (q), 14. Vitor Uqo (q), 2. Andre Koelyo, 3. Tunya, 4. Nilson Migel, 5. Fabio Sesilio, 8. Marsio Moreyra, Pani Varela, 13. Tiaqo Brito

Baş məşqçi: Xorxe Braz

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 13. Everton Kardoso

Ehtiyat oyunçular: 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 10. Vassoura, 11. Xətai Bağırov, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar