TERRORÇULAR BİR-BİRİNİ QIRMAĞA BAŞLADI - Türk ordusunun zərbələri PKK-nı parçaladı

PKK-nın Qəndil şöbəsi ilə Afrin qolu arasında qarşıdurma yaranıb.Axar.az xəbər verir ki, Qəndildən gələn PKK-çılar döyüşləri davam etdirməyə səsləsələr də, Afrindəkilər itkilərin mini keçdiyini deyərək, geri çəkilməyi təklif edib.

Məlumata görə, öldürülən terrorçu sayının minə yaxınlaşması terror qruplaşması sıralarında xaos yaradıb. Qruplaşmanın işğalında olan Cinderes bölgəsində PKK-nın Qəndil və Afrin qolları arasında atışma baş verib.

“Afrinlilər sayları 600-dən çox olan Qəndil qrupuna “Bölgədən çıxın! Daha çox qan axdıqca qarşılıqlı intiqam hissi də artacaq” dedilər. Minlərlə afrinli mülki şəxslərin qarşıdurmalar zamanı ortalıqda qalacağını bildirdilər. Afrinli qrup həmçinin “Türkiyə ilə aramızda qan davası yoxdur. Biz sivillərimizin və bölgələrimizin zərər çəkməsini istəmirik” dedi.

Qəndildən göndərilmiş “Azad” kod adlı terrorçu ilə Əbu Cümə Bənnavi arasında mübahisə getdikcə şiddətləndi. Qəndil qrupu qarşı tərəfi xəyanətdə ittiham etdi. İki qrup arasında silahlı qarşıdurma baş verdi. Cinderesdən başqa oxşar gərginlik Şeyx Hədid və Racoda da yaşandı”, - afrinli jurnalist Məsud İbo bildirib.

635x100

Şərhlər

G.M 2018-02-07 11:56:37

.....ABŞ-ın məqsədi isə PKK-nı daha ağır duruma salıb.Suriya ərazisində toplanmış silah-sursat isə daha geniş miqyaslı əməliyatlar üçündür......

Son yazılar