Qüdrət Həsənquliyev vahid namizəd təklif edir - "Yaxın 10 gün ərzində..."

qudu"BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq".

"AzPolitika"nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev seçkiyə-qatılıb qatılmayacaqları haqda sualı cavablandırarkən belə deyib.

Q.Həsənquliyev bildirib ki, partiyanın seçkilərdə iştirakının forması və prezidentliyə namizədinin müəyyənləşməsi ilə bağlı yekun qərar BAXCP-nin seçkili orqanında – Ali Məclisdə veriləcək. "BAXCP daha çox siyasi partiyanın bir araya gəlməsində və seçkilərə vahid namizədlə qatılmasında maraqlıdır. Hesab edirik ki, Azərbaycanın ölkənin milli maraqlarından çıxış edən, yalnız və yalnız Azərbaycan xalqının iradəsinə söykənən, istiqlal məfkurəsinə, milli və bəşəri dəyərlərə, hüququn aliliyi prinsipinə sadiq olan, milli hədəflərdən sapmayan, millətin və dövlətin strateji hədəflərini, Azərbaycanın birliyi və bütövlüyünü siyasi maraqlarından üstün tutan güclü müxalifətə ehtiyacı var. Bunun üçün də siyasi partiyalar bir araya gəlməyi və güzəştə getməyi bacarmalıdırlar".

635x100

Şərhlər

Adam 2018-02-07 23:24:38

Hörmətli Qüdrət müəllim,müxalifətlər deyilmi Azərbaycanımızı parçalayan?Siz də hansısa paytiyanın sədrisiz.Əyər siz və qeyri başqa partiya sədrləri Azərbaycanı sevən olasydınız birləşərdiniz cənab prezident İlahm Əlievə və onun komandasına.Bax onda düşmən partlayardı,Qarabağ məsələsi də tez həll olunardı.Ancaq Sizlər arzulayırsız ki,Azərbaycanda çaxnaşma olsun.NiyəALLAHDAN qorxmursuz axi?

Bəhram Qarabağlı 2018-02-07 23:24:38

Cənab Millət Vəkili, müxalifət və ya partiya əbəsdir. Kim Azərbaycanın haqqlarını müdafiə edəcək onu da üzə çıxarıb seçmək gərəkdir. Müxalifət, Xalq Cəbhəsi, Müsavat, Sosial-Demokratlar və digərləri əsasən Qarabağ deyil, kreslo iddiasında olublar. Populyar makroreytinqlə vətəndaşları siyasi-iqtisadi hüquqlarından azdırmaq cəhdi daha qabarıqdır.

Nikolay 2018-02-07 23:24:38

Yəni Həsənquliyev demək istəyir ki, ölkədən bir namizəd olsun. Düz deyir, yoxsa bizə gülərlər. Maşında beşinci təkər yaxşı şeydir. Amma ...

miri 2018-02-07 23:24:38

Olmayan "iş"ə istəsən tək , istəsən blokla,istəsən özün -ozunu,istəsən "qurultay"la ....get, dəyişən bir şey olmaz!

eraz 2018-02-07 23:24:38

YAP seni qorusun a....

Son yazılar