«Bizim xoşumuza gələn, Trampın xoşuna gəlmir...» - Nazarbayev

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Qazaxıstan Respublikasının (QR) Prezidenti Nursultan Nazarbayev Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla «İpək yolu» layihəsini müzakirə etdiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, bu layihə Donald Trampın o qədər də xoşuna gəlmir, amma o, bizim ölkəmiz üçün faydalıdır: «Əgər xəritəyə baxsanız, görərsiniz - Qazaxıstan materik ölkəsidir və dənizlərə, okeanlara çıxışı yoxdur. Bizim üçün nəqliyyat istqamətləri həyati əhəmiyyət kəsb edir».

«Bizim xoşumuza gələn «İpək yolu» layihəsi onun elə də xoşuna gəlmir. Əlbəttə, mən onu ötəri məlumatlandırdım ki, bu layihəyə 600 milyard dollar yönəldilir, üstəlik də Asiya bankının 100 milyard dollarlıq infrastruktur sərmayəsi.

Layihədə 67 dövlət iştirak edir, o cümlədən biz də. Biz 6 yol çəkmişik - 2 dəmir yolu, 4 avtomobil yolu - Çindən dünyanın bütün istiqamətlərinə. Bax belə, müzakirə etdik, amma o qədər də dərindən yox...» - Nazarbayev qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar