"Forbes" ən zəngin kriptovalyuta milyarderlərinin adlarını açıqlayıb

Forbes Logo"Ripple" rəqəmsal valyuta servisinin keçmiş baş direktoru Kris Larsen (Chris Larsen) kriptovalyuta əməliyyatlarında zənginləşən ən varlı iş adamı seçilib. "Report"un "Forbes" saytına istinadən verdiyi xəbərə görə, onun məcmu varidatının 7,5-8 mlrd. dollar olduğu hesab edilir.

İkinci sırada "Ethereum"un yaranmasına kömək edən Cozef Lavin (Jozef Lavin) 1-5 mlrd. dollar, üçüncü sırada isə 1,1-2 mlrd. dollar gəlir əldə edən "Binance" kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao qərarlaşıb.

Tilor və Kemeron Uinklvos (Tylor and Cameron Winklevoss) qardaşlarının sərvətinin isə 0,9-1,1 mlrd. dollar olduğu ehtimal edilir. Beşinci sırada "Ethereum"un qurucusu Vitalik Buterin qərarlaşıb ki, onun da 400-500 mln. dollar gəlir əldə etdiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar