Sabah Bakının mərkəzində içməli su olmayacaq
Baxiş sayı:
Dərc olunub:
07/02/2018 - 19:05
Sabah Bakının mərkəzində içməli su olmayacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.
Bununla əlaqədar sabah gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Ölkə
Son yazılar
19:15
NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.