Azərbaycan nefti ucuzlaşıb

Dərc olunub: 07/02/2018 - 23:59

neftCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 69,12 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,35 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 6-da 68,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,33 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 6-da 64,5 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,36 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə fevralın 6-da 66,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,12 dollar/barel azdır.








loading...


Fikrinizi bildirin