RUSİYANIN SUALTI DÜNYADAKI HÖKMRANLIĞI - “Sualtı qayıqların tikintisi tam sürətlə gedəcək”

Rusiyada “Yasen” və “Borrey” layihəsindən olan atom sualtı qayıqlarının tikintisi davam etdirilir. Norveç mətbuatının məlumatına görə, Rusiya müdafiə nazirinin müavini Yuriy Borisov gələcək illərdə Severodvinskdəki “Sevmaş” zavodunun tamamilə tikinti işləriylə məşğul olacağına söz verib.

Yuri Borisov həmin sözü bu həftə Arxangelsk vilayətindəki Severodvinsk zavoduna səfəri zamanı verib. Onun keçirdiyi görüşlərdə dövlət sifarişlərinin yerinə yetirilməsi müzakirə edilib. ”TASS” agenlyinin məlumatına görə, əsas müzakirə mövzusu “Yasen” və “Borrey” layihəsindən olan atom sualtı qayıqlarının tikintisinin planlaşdırılması olub.

Ekspertlər hesab edirlər ki, Rusiya sualtı qayıqları NATO donanması üçün böyük təhlükədir. Yuri Borisov deyib: ”Dövlət müdafiə planı çərçivəsində qəbul edilmiş qərara görə, biz Rusiyanın sualtı donanmasını inkişaf etdirəcəyik. “Sevmaş” zavodu bu planın həyata keçirilməsində başlıca rol oynayır. O, böyük sifarişlər qəbul edib”.

Əlavə olaraq Yuriy Borisov bildirib: “”Borey” layihəsindən olan yeni sualtı qayığın tikintisi davam edir. Bu cür beş strateji sualtı qayığın tikilməsi ilə bağlı müqavilə imzalanıb. Bundan başqa “Yasen” layihəsindən olan bir neçə sualtı qayığın inşası gedir. Bu sifarişlərin yerinə yetirilməsi, 2027-ci ilədək həmin müəssisəni tam məşğul edəcək”.

Hal-hazırda zavodda 27 min nəfər işləyir. “Borey” layihəsindən olan strateji sualtı qayıqların uzunluğu 170 metrdir, heyət 107 dənizçidən ibarətdir, sualtı qayığın silahlanmasına 16-20 qitələrarası raket daxildir. Bu sualtı qayığın fəaliyyət radiusu təxminən 10 min kilometrə bərabərdir. Hər bir raket 10 nüvə başlığı daşıyır və onların gücü 150 kilotondur.

“Borey” layihəsindən olan sualtı qayıq 2014-cü ildən istismara verilib. Onlar o dərəcədə səssiz işləyirlər ki, Norveç və NATO həmin sualtı qayıqların harada olmasını çətinliklə müəyyənləşdirir. “Yasen” layihəsindən olan çoxməqsədli sualtı qayıqların uzunluğu 139 metrdir və onların heyəti 90 nəfərdən ibarətdir.

Bu layihəyə məxsus sualtı qayıqlar 600 metrə qədər dərinliyə dala və maksimal olaraq 31 uzel sürətlə üzə bilirlər. Rusiya donanmasının bu sualtı qayıqları ən güclü silahlarla təchiz edilib. Onlar elə inşa olunub ki, öz gövdələrində səkkiz ədəd ”Oniks” və ”Kalibr” qanadlı raketləri və həmçinin də 300 torpedo daşıya bilsinlər.

“Yasen” layihəsindən olan sualtı qayıqlar 100 gün ərzində avtonom şəkildə üzmək imkanına malikdir. Səssiz üzdüklərinə görə, bu sualtı qayıqların aşkarlanması müşkül işə çevrilir.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Qafar 2018-02-08 00:17:21

Bu şerhi yaznı qınamıram ay bu şerhi yazan sen hansı devirde qalıbsanki ilk defe kosmosa layka adlı it gönderen ve iki gündü dünyayı şoka salan ve tarix yazan amerika bu defe kosmosa maşın gönderib sende durub 50il arxada qalmış onun bunu torpagnı işxaı eden işxalcıdan danışırsan rusya 2024 cü ilden sonra yox olacaq yeni parcalanacaq oblas ve kraylar özlerini resmen respublika edib moskva ve kremilden ayrılıb ayrı yaşıyacaqlar kecmiş respublikalar kimi

Son yazılar