Qarabağdakı PKK-çılar Afrinə getdi - Ermənilər də Türkiyə ordusuna qarşı döyüşür
Türkiyədə Uydurma Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) adlı təşkilatın rəhbəri, ermənilərin uydurma soyqırım iddialarına qarşı elə onların öz takikası ilə yorulmadan mübarizə aparan Göksəl Gülbey daha bir sensasion iddia ilə çıxış edib.
Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, ASİMDER başqanı Türkiyə ordusuna qarşı Suriyanın Afrin bölgəsində PYD/YPG yaraqlıları ilə birlikdə Ermənistandan gedən yezidi kürdlərinin də döyüşdüyünü bildirib.
Gülbeyin sözlərinə görə hər zaman terror təşkilatları ilə işbirliyi içərisində olan Ermənistan vaxtilə Suriyadan yezidi kürdləri və erməniləri daşıyıb Qarabağda yerləşdirmişdi. Digər tərəfdən Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində yaradılmış 12 təlim düşərgəsində PKK və onun İran qolu olan PJAK-ın 1750 yaraqlısı təlim keçirdi. ASİMDER başqanı iddia edir ki, Qarabağdakı PKK/PJAK mənsubları İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə keçməyə başlayıb. Qamışlıda toplanan PKK-çılar mülki geyimdə və silahsız olaraq oradan Menbiçə, bir qismi isə Afrin bölgəsinə gediblər.
Xatırladaq ki, ASİMDER başqanı bundan əvvəl də dəfələrlə Qarabağdakı PKK düşərgələri və yaraqlıları haqda danışıb, konkret adlar və rəqəmlər istifadə edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.