"BİR ERMƏNİ HƏRBİÇİSİ MƏHV EDİLDİ, 2-si AĞIR YARALANDI" - Rəsmi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatını şərh edib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb: "Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir".

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar