İKİ İDDİAÇI SEÇKİLƏRDƏN İMTİNA EDİB - Lalə Şövkət və Hüseyn Abdullayev...

Lale-Shovket-260810"Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Lalə Şövkət qatılmayacaq”.

Bunu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.

"Qəti fikrimizdir. Prezident seçkilərinə partiyadan da kimsə qatılmayacaq”, deyən Əvəz Temirxan, Lalə xanımın seçkilərlə bağlı fikirlərini də dilə gətirib: "Bu addım səbəbsiz deyil. Mütləq səbəb var. Yoxsa seçkilər bu tarixə salınmazdı”.

Daha öncə namizədliyini elan etmiş keçmiş deputat Hüseyn Abdullayev də boykot qərarını elan edib. "Belə seçkilərdə iştirakın heç bir mənası yoxdur", deyə, o, sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Milli Şura və AXCP də seçkilərə qatılmaqdan imtina ediblər.

 

635x100

Şərhlər

Akif 2018-02-08 20:31:28

Afərin Lalə xanım və Hüseyn Abdullayev sizlərə.Antixalq siyasəti aparan... Biz də xalq olaraq onlara istehsa və gülüşlə baxaq. ...

Son yazılar