“VİTSE-PREZİDENT SEÇKİ YOLU İLƏ SEÇİLSİN” - Deputatdan maraqlı təklif

“Azərbaycanda dövlət idarəçilik sistemi dünyanın qabaqcıl təcrübəsi və ictimai-siyasi proseslərin evolyusiyası nəticəsində təkmilləşməkdə davam edir”. Deputat Zahid Oruc bu fikirləri Musavat.com-a açıqlaması zamanı bildirib. Z.Orucun sözlərinə görə, iki il əvvəl vitse-prezidentlik institutunun Ana qanunumuzda əksini tapması əlamətdar hadisə olub: “Həmçinin bu, təkcə ali icra oqranlarını gücləndirmədi, eləcə də bütün hakimiyyət qolları arasında sağlam münasibətlərə, dayanıqlı və effektli əməkdaşlığa səbəb oldu. Eyni zamanda, ölkənin Birinci şəxsinin genişmiqyaslı fəaliyyətini tamamlayan vitse-prezidentlik təsisatı xalqın mənafeyi naminə mədəni, humanitar və siyasi çalışmalarına daha ünvanlı xarakter verdi, dövlət-vətəndaş əlaqələrini çevik əsaslarla formalaşdırmağa dair açılmış yeni imkanları və vətəndaşların gözləntilərini yüksək səviyyədə doğrultdu. Ona görə də Ulu öndər Heydər Əliyevin siyasi məktəbində formalaşan, Azərbaycan xanımının obrazını dünyaya çox uğurla təqdim edən və şərq qadınını yeni zirvələrə qaldıran Mehriban Əliyevanın 1-ci vitse-prezidentliyə təyinatı hər kəs tərəfindən rəğbətlə qarşılandı, mənəvi və hüquqi baxımından haqlı addım kimi qiymətləndirdi. Başlıca olaraq, hər bir situasiyaya və böhranlı şəraitlərə adekvat, dövlətin təhlükəsiz gələcəyinin təminatı naminə vitse-prezidentin səlahiyyətləri ilə bağlı konstitusiyada dəqiq prinsiplər müəyyənləşdirildi və hər hansı hüquqi qeyri-müəyyənliyə yer qalmadı. Nəticədə, onsuz da güclü olan prezident hakimiyyəti daha da möhkəmləndi, sabitliyə və davamlı inkişafa yeni impulslar qatıldı”.

Z.Oruc dünya təcrübəsinə də toxundu: “Dünyaya Birləşmiş Ştatların qurucu ataları tərəfindən bəxş edilən vitse-prezidentlik institutu Avropa ölkələrindən İsveçrə və Bolqarıstanda, Asiyada İranda və digər qitələrdə uğurla çalışan təsisata çevrilib. Bununla yanaşı, Amerika dövlət qurucuları yeganə olaraq, prezident və vitse-prezident vəzifələrini birgə şəkildə ümumxalq səsverməsinə çıxarır, eyni müddət üzrə hər iki şəxsə etimad votumunu göstərməyə çalışırlar. Görünür, Birləşmiş Ştatların həyatında son dərəcə taleyüklü anlarda həm də ikinci şəxs dövlətçilik sınağından və ya siyasi böhranlardan çıxmaqda müstəsna rol oynayır”.

Deputat səsləndirdiyi fikirlərin məntiqi davamı olaraq orijinal bir təklif irəli sürdü: “Azərbaycan Respublikasının Konstitusiyası fərqli hüquq fəlsəfəsi üzərində qurulsa da ümidvaram ki, dövlət quruculuğu fikri gələcəkdə prezidentə ikinci şəxslə birgə ümumxalq seçiminə çıxmaq zərurətini meydana çıxaracaqdır. Hər bir halda ictimai münasibətlərin xarakteri daim dəyişir. Həyatda durğun heç nə yoxdur. Dövlət də canlı orqanizmdir. Belə olan təqdirdə, ümumxalq mənafelərini təmin etmək və bir daha hərbi-siyasi dayanıqlığa nail olmaq, təhlükəsizliyi dönməz etmək üçün respublika idarəçilik formasının daim təkmilləşdirməyə ehtiyac olacaq”.

635x100

Şərhlər

Bilmondo 2018-02-08 22:50:43

Hörmətli "müdafiə"çimiz, şimal küləyi deyil, xalqı sayan demokratik vəkildinizsə, niyə bunu parallel referenduma təklif etməmişdiniz?

Abit 2018-02-08 22:50:43

Sen guya seçilmisen? Siyasi alete .....

miri 2018-02-08 22:50:43

Hamı deyir "məmləkətdə seçki" adlanan proses oyundan başqa bir şey deyil, heyif ora xərclənən pullara.Sənsə deyirsən bir "seçki oyununa" bir azda artıraq? Hec olma yararlanmaq yarısına girəndə bir fikirləş nə deyəsən!

Zahid Oruca teklif 2018-02-08 22:50:43

Zahid Oruc, sen KASIB EHALININ ACINACAQLI MADDI VEZIYYETININ SEBEBLERINI BILDIR .......

Akif 2018-02-08 22:50:43

Zahid Oruc deputat vəzifəsi alaraq gözəl həyat qurduğu üçün hər vasitə ilə hökuməti müdafiə etməyə cəhdlər edir.........

t.ədalət 2018-02-08 22:50:43

Vitse-prezidentlik dünyanın heç yerində seçki yolu ilə keçirilmir.Hər vitse-prezident üçün seçki keçirmək dövlətə baha başa gələr.Hörmətli deputat,Sizin bu çıxışınız təklif-təklif oyununa bənzəyir..

GM 2018-02-08 22:50:43

Birmənalı..bu arada MM-in işçilərini dinləmək.. vaxt itkisidir.Z.Oruc fərdi maraqları çərçivəsində kifayət qədər hazırlıqlı və Fəzaildən savadlıdır.Ümumiyətcə MM-in 5-6 Deputatından özgə söz sahibi olanların siyasi məfkurəsi Sovet dövrünün ``çoban həsənləri`` səviyəsindədir. İclasdan-iclasa kostyum,qalstuk..mandat qaldırıb,endirmə..Azərbaycana isə Qarabağ müharibəsini ədalətlə həll edəcək,Xalqın maddi,mənəvi güzaranını yaxşılaşdıracaq siyasətçilərə böyük ehtiyacı var.

Bəhram Qarabağlı 2018-02-08 22:50:43

Cənab deputat, "aşığın dalayı"nı da vurdunuz. Texnikada ən doğru həll üçün müxtəliflik çoxluğunda mütənasiblik aranır. Bu idarə modelində 100-120 deputatdan intellektinə görə uyğununu lazımi vəzifəyə seçməyi nəzərdə tutur. .... Yarım əsrdir müxtəliflik bizə yaddır. Siyasi axillesa ölkənin texniki əsaslarını xarici dirsəklərə dəyişib. Bu reytinq versə də beynəlxalq qələbə deyil.

Son yazılar