Suriya ABŞ koalisiyasının hücumunu hərbi cinayətkarlıq adlandırıb

Suriya XİN ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ölkənin şərqində törətdiyi hücumu hərbi cinayətkarlıq adlandırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in BMT-yə təqdim etdiyi məktubda bildirilir.

“Biz beynəlxalq ictimaiyyətdən bu qətliamı pisləməyi və koalisiyanın məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırırıq”, - deyə Suriya XİN-i qeyd edib.

Məktubda həmçinin koalisiyanın buraxılması tələb olunur.

Qeyd edək ki, koalisiyanın Suriya ordusuna hücumu nəticəsində 100-dək hərbçi həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar