ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib - 100-dən artıq hərbçi məhv olub!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi Qərb koalisiyası «Suriya demokratik qüvvələri»nin qərargahına hücum etməyin qarşılığında, Suriyanın hökumət qüvvələrinə zərbə endirib və 100-dən artıq Suriya hərbçisini məhv edib.

Məumatlı mənbələrə istinadla, bu barədə xəbəri «Röyter» agentliyi yayıb. Agentliyin məlumatına görə, Suriya hökumət ordusunun say tərkibi 500 nəfərə yaxındır. Bu, artilleriyanıın, tankların və raket sistemlərinin dəstəklədiyi böyük piyada qüvvə olub.

Artıq Rusiyanın Federasiya Şurası (FŞ) Qərb koalisiyasının bu hərəkətini müvafiq hüquq normalarına uyğun gəlməyən təcavüz adlandırıb.

Federasiya Şurasının beynəlxalq məsələlər üzrə Komitəsinin sədr müavini Aleksandr Babakov «Exo Moskvı» radiosuna danışıb ki, ABŞ koalisiyasının Suriya hökumət qüvvələrinə zərbə vurması bölgədə situasiyanı ciddi şəkildə dəyişə bilər.

Babakov əlavə edib ki, situasiyanı tam təsəvvür etmək üçün baş verənlər barədə Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatını gözləmək lazım gələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar